İran: Biz neft ixrac etmirik
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati ölkəsinin neft ixracının tamamilə dayandığını bildirib.
“Cebheinfo.az” xəbər verir ki, İran dövlət televiziyasına danışan Hemmati ABŞ-nin dəniz blokadasının ölkəsinə və regiondakı ölkələrə təsirini qiymətləndirib.
Hemmati deyib: "Qətərlilər və ya iraqlılarla danışanda onlar ixraclarının sıfıra düşdüyünü deyirlər. Nəticədə, eyni vəziyyət bizə də aiddir, biz heç bir neft ixrac etmirik. Reallıq budur, amma biz bunu əvvəlcədən görmüşdük".
Hemmati bu vəziyyətin əvvəlcədən görüldüyünü, hökumətin və Mərkəzi Bankın əvvəlcədən tədbirlər gördüyünü bildirib: "Bizimlə Qətər və digər ölkələr arasındakı fərq ondadır ki, onlar öz (xarici) maliyyə ehtiyatlarına çıxış əldə edə bilirlər. Lakin amerikalılar onları bloklayıblar və bizə onlara çıxış imkanı vermirlər".
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 20 Avqust 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















