İran cihadla hədələdi Rejim Xameneinin təhlükəsizliyindən narahatdır
Bakupost saytına istinadən Icma.az xəbər verir.
İran rejimi ölkədəki etirazlara qarşı repressiyaları genişləndirərkən, ölkə parlamenti dini lider Əli Xameneiyə hücum ediləcəyi təqdirdə “cihad” fətvası veriləcəyi ilə bağlı hədələyici bəyanat yayıb.
Bakupost.az İran dövlət mediasına istinadən xəbər verir ki, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi rejim liderinə hücumun “müharibə elanına bərabər” hesab ediləcəyini, bunun isə cihad fətvası və İslam hərbçilərinin qarşılıq verməsinə səbəb olacağını bildirib.
Bu bəyanat ABŞ Prezidenti Donald Trampın İranda yeni liderlik axtarışı ilə bağlı verdiyi açıqlamalardan sonra yayılıb və regionda gərginliyi artırıb.
Son məlumatlara görə, İsfahanda onlarla adam həbs edilib, Tehranda isə 25 aktyor və idmançı, 60 obyektə qarşı “təxribat və terrorizmi təşviq etmək” ittihamı ilə məhkəmə prosesi başlayıb və onların malları müsadirə olunub.
BMT İnsan Hüquqları Şurası İranın pisləşən insan hüquqları vəziyyətini müzakirə etmək üçün yanvarın 23-də fövqəladə iclas keçirəcəyini açıqlayıb.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:İran televiziyası Xameneinin köhnə müraciətini yaydı
18 İyun 2025 15:34
Xameneinin qəzeti hədələdi: Trampın boş başına güllə…
05 Aprel 2025 19:40
“Xameneinin öldürülməsi İran xalqı üçün faydalı olar”
20 İyun 2025 10:34
İran XİN rəhbəri Xameneinin mesajını Putinə çatdıracaq
16 Aprel 2025 12:35
Xameneinin müşaviri qonşu ölkəni hədələdi: O ərazilər bizimdir
06 Dekabr 2025 10:03
Baxış sayı:29
Bu xəbər 21 Yanvar 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















