İran DÇ matçlarını Meksikada oynamaq istəyir
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
İran 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarını Meksikada oynamaq istəyir.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FİFA ilə danışıqlar aparıldığı açıqlanıb.
İran Futbol Federasiyasının prezidenti Mehdi Tac, “Tramp İran milli komandasının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini açıq şəkildə ifadə etdiyinə görə, biz qətiyyən ABŞ-yə getməyəcəyik. Hazırda İranın Meksikada oynaması üçün FİFA ilə danışıqlar aparırıq”, - deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İran milli komandasının 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında iştirakının təhlükəsiz olmayacağını xəbərdar etmişdi.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın təşkil etdiyi 23-cü Dünya Kuboku iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 17 Mart 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















