İran dinc məqsədli nüvə enerjisini inkişaf etdirmək hüququndan imtina etməyəcək Məsud Pezeşkian
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran Birləşmiş Ştatlarla dolayı danışıqlar apararaq özünün dinc məqsədli nüvə enerjisini inkişaf etdirmək niyyətini təsdiqləməyə çalışır və bu hüquqdan heç vaxt imtina etməyəcək.
APA xəbər verir ki, bu barədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib.
“Biz danışıqlar aparırıq ki, müharibə niyyətimizin olmadığını sübut edək. İran heç vaxt və heç bir halda nüvə silahı əldə etməyə çalışmayıb və çalışmayacaq. Lakin dinc məqsədli nüvə enerjisinə dair hüququmuzdan da heç bir şərtlə imtina etməyəcəyik”, – Prezidentin açıqlamasını İran hökumətinin "Telegram" kanalı paylaşıb.
Pezeşkianın sözlərinə görə, nüvə texnologiyaları ölkənin səhiyyə, kənd təsərrüfatı və sənaye sahələrinin inkişafı üçün həlledici əhəmiyyət daşıyır və İran heç bir təzyiq qarşısında bu hüquqlarından geri çəkilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 11 May 2025 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















