Icma.az
close
up
RU
İran diplomatının "Yaşasın Ermənistan!" deyir VİDEO

İran diplomatının "Yaşasın Ermənistan!" deyir VİDEO

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın "Səhər" televiziya kanalı özünün hazırladığı bir sənədli filmin anonsunu yayıb.

Bakupost.az xəbər verir ki, yaxın gələcəkdə kanalda nümayiş etdiriləcəyi bildirilən filmdə guya Azərbaycanın, eləcə də Türkiyənin Ermənistanla gizli ticarət əlaqələrindən danışılır. Bu üzdən film "Pünhan həqiqətlər", yəni gizli həqiqətlər adlanır.

Amma dövlət televiziyası olan bu kanal utanmazcasına "unudur" ki, istər Azərbaycan torpaqlarının erməni işğalında olduğu dövrdə, istərsə də həmin torpaqların şanlı Azərbaycan Ordusu tərəfindən azad edildiyi 44 günlük müharibədən sonra İranın Ermənistana hərtərəfli dəstəyi heç kəsə gizli olmayan aşkar həqiqətdir və belə şantaj xarakterli uydurma filmlərlə azərbaycanlıları çaşdırmaq mümkün deyil.

Həmin filmin anonsunu ehtiva edən təqribən dörd dəqiqəlik süjetə "Səhər" kanalının qoyduğu "Azərbaycan hakimiyyətinin erməni sevdası" başlığı isə sinizmin və həyasızlığın son həddidir və necə deyərlər, öz adını başqasına qoymaqdan başqa bir şey deyil.

Axı illərdir Azərbaycan mediası real faktlarla, tutarlı dəlil və sübutlarla İran hakimiyyətinin erməni sevgisini göstərir və bu tükənməyən sevginin səbəblərini anlamağa və anlatmağa çalışır. İran rejiminin İkinci Qarabağ Müharibəsində Ermənistanın biabırçı məğlubiyyətindən və kapitulyasiyasından sonra daha aşkar görünən və müxtəlif formalarda təzahür edən erməni aşiqliyini müşahidə etmək üçün hansısa filmə ehtiyac yoxdur, elə İran və Ermənistan mətbuatına göz yetirmək kifayətdir.

Məsələn, srağagün İranın Ermənistandakı səfiri Mehdi Sübhani Beynəlxalq Uşaqlar Günü münasibətilə erməni uşaqlarına müraciət ünvanlayıb.

Erməni uşaqlarını "ətirli çiçəklər" adlandıran səfir onları eyhamlı şəkildə "məğlubiyyətdən qorxmamağa" çağırıb və sonda da "Yaşasın Ermənistan!" - deyib.

Ətraflı "Azad İran"ın süjetində:


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Noyabr 2024 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri