Icma.az
close
up
RU
İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi

İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın Azərbaycanca yayın yapan dövlət nəzarətindəki “Səhər TV” kanalı Azərbaycanda fəaliyyət göstərən iki media quruluşunu - Baku TV və Lent.az saytını açıq şəkildə ölüm fətvası ilə təhdid edib.
“Səhər TV”nin yayımladığı verilişdə aparıcı Qəhrəman Nurani bildirib ki, Azərbaycanın ərazisindən İsrailin İrana qarşı hücumlarında istifadə edilməsi ilə bağlı iddiaların əsassız olduğu artıq İranın özünün də etiraf etdiyi bir gerçəklikdir. İran Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək, indiyədək Azərbaycanın adını hallandırdıqları ittihamların yalan olduğunu faktiki olaraq etiraf edib.
Lakin həmin proqramın aparıcısı diqqəti Azərbaycandakı media orqanlarına yönəldərək, Baku TV və Lent.az saytının İranın ali dini liderini (Aliməqamlı Rəhbər) təhqir etdiyini iddia edib. Daha sonra isə deyib ki, İranın böyük ayətullahlarının verdiyi ölüm fətvaları bu media quruluşlarına da şamil olunur.
Aparıcı eyni zamanda qeyd edib ki, Azərbaycanda həm ayətullah Nuri Həmədani, həm də bu fətvaları verən digər ayətullahların, o cümlədən Məkarim Şirazinin çoxsaylı tərəfdarları mövcuddur. O, əslində "təqlidçi"lərə şifrə verərək çağırış edib ki, artıq "müharib" vəziyyətində olan bu iki media quruluşuna qarşı “cəzalandırıcı tədbirlər” görsünlər.
Bununla faktiki olaraq İran televiziyası Azərbaycanda fəaliyyət göstərən iki media orqanına qarşı dini əsaslı terror çağırışları edib və ölüm fətvası təhlükəsini gündəmə gətirib.
Xatırladaq ki, son dövrlər İranın bəzi rəsmi dairələri və mətbuat orqanları Azərbaycanın suverenliyinə və daxili işlərinə qarışan açıqlamalar verir, təhdid dilindən istifadə edir. Azərbaycan ictimaiyyəti isə bu cür davranışları qətiyyətlə pisləyir və ölkənin müstəqil mediasına qarşı dini ekstremizm zəminində təhdidlərin qəbuledilməz olduğunu bəyan edir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 İyul 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri