Icma.az
close
up
RU
İran: Dövlət, yoxsa terror emalatxanası?

İran: Dövlət, yoxsa terror emalatxanası?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın Azərbaycan dilində fəaliyyət göstərən və dövlət nəzarətində olan "Səhər Azəri TV" kanalı Azərbaycanda fəaliyyət göstərən iki media qurumu - Baku TV və Lent.az saytını açıq şəkildə ölüm fətvası ilə təhdid edib. "Səhər TV"nin yayımladığı verilişdə aparıcı Qəhrəman Nurani bildirib ki, Azərbaycanın ərazisindən İsrailin İrana qarşı hücumlarında istifadə edilməsi ilə bağlı iddiaların əsassız olduğu artıq İranın özünün də etiraf etdiyi bir gerçəklikdir. İran Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək, indiyədək Azərbaycanın adını hallandırdıqları ittihamların yalan olduğunu faktiki olaraq etiraf edib. Lakin həmin proqramın aparıcısı diqqəti Azərbaycandakı media orqanlarına yönəldərək, Baku TV və Lent.az saytının İranın ali dini liderini təhqir etdiyini iddia edib. Daha sonra isə deyib ki, İranın böyük ayətullahlarının verdiyi ölüm fətvaları bu media quruluşlarına da şamil olunur.

Rəsmi Tehranın etirafı

Təbii ki, İran Xarici İşlər Nazirliyinin İsrailin İrana qarşı hücumlarında Azərbaycanın ərazisindən istifadə olunması ilə bağlı ittihamları əsassız adlandırması rejimin özünün illərlə davam edən bir yalanın üstündən xətt çəkməsi deməkdir. Amma maraqlıdır ki, İranın dövlət nəzarətində olan mediası və ona bağlı sosial şəbəkə resursları buna rəğmən yenidən Azərbaycan əleyhinə qarayaxma və təhdid kampaniyasına başlayır. Hətta açıq şəkildə ölkəmiz terrorla hədələnir. Bir növ İran daxildəki ciddi sosial-iqtisadi və siyasi gərginlikdən yenə də diqqəti yayındırmaq üçün xarici düşmən obrazı kimi Azərbaycanı seçir. Üstəlik, Azərbaycanın artan gücü, ölkəmizlə İsrailin strateji tərəfdaşlığı Tehranın narahatlığını günbəgün artırır. Lakin rəsmi Bakı nə Tehran, nə də başqa güclərin diqtəsi ilə hərəkət edir. Dövlətimizin gücü iradəsindən və xalqın birliyindən irəli gəlir. İran da bundan çıxış yolunu dezinformasiyaya əsaslanan kampaniyalar həyata keçirməkdə görür. Bu isə beynəlxalq hüquq və diplomatik etikaya daban-dabana ziddir. İran diplomatiyası bir tərəfdən yalanları rədd edir, digər tərəfdən isə Azərbaycana qarşı hədə və təzyiq dili işlədir. Yaxın qonşusunu terrorla hədələmək isə yalnız və yalnız Tehran rejiminin zəifliyinin və çaşqınlığının göstəricisidir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi heç bir təbliğatla sarsıla bilməz.

Azərbaycan media resurslarına təhdid

"Səhər Azəri"nin aparıcısı onu da qeyd edib ki, Azərbaycanda həm ayətullah Nuri Həmədani, həm də bu fətvaları verən digər ayətullahların, o cümlədən Məkarim Şirazinin çoxsaylı tərəfdarları mövcuddur. O, əslində "təqlidçi"lərə şifrə verərək çağırış edib ki, artıq "müharibə vəziyyəti"ndə olan bu iki media quruluşuna qarşı "cəzalandırıcı tədbirlər" görsünlər. Bununla faktiki olaraq İran televiziyası Azərbaycanda fəaliyyət göstərən iki media orqanına qarşı dini əsaslı terror çağırışları edib və ölüm fətvası təhlükəsini gündəmə gətirib. Bu faktlar son dərəcə ciddi və təhlükəli bir tendensiyanın göstəricisidir. Aparıcının "müharibə vəziyyəti" ritorikası və konkret olaraq iki media quruluşunu hədəf göstərməsi faktiki olaraq dini əsaslı ölüm fətvası üçün zəmin hazırlamaq və terror çağırışı etmək deməkdir. Belə bir ritorika birbaşa hüquqi məsuliyyət doğuran beynəlxalq cinayətdir. Bu, yalnız Azərbaycan qanunlarını deyil, beynəlxalq hüququn norma və prinsiplərini pozmaqdır. Çünki İranın rəsmi və yarırəsmi dairələri "təqlidçi" adlandırdıqları şəxslərə çağırış edərək onları sözügedən media qurumlarına qarşı "cəza tədbirləri"nə yönəltmək, mahiyyətcə dini terror şəbəkəsi vasitəsilə daxili sabitliyi pozmaq cəhdidir. Media qurumlarını dini cəbhələşməyə çəkib onları hədəfə çevirmək hüquq adına rəzalətdir. Onlara qarşı yönəlmiş hər cəhd Azərbaycanın informasiya təhlükəsizliyinə qarşı hücumdur.

Azərbaycan buna necə cavab verməlidir?

İran tərəfindən səslənən bu bəyanat və terrora çağırışlar artıq diplomatik nota və ya narahatlıq bildirməklə keçiləsi məsələ deyil. Bu, birbaşa cinayət tərkibi daşıyır. Azərbaycan İranın media qurumlarının bu çağırışlarını beynəlxalq tribunalara çıxarmalı, beynəlxalq media təşkilatlarına rəsmi müraciət edərək İranın mətbuat vasitəsilə terror yaymaq cəhdləri sənədləşdirilməlidir. Çünki bu, artıq İranın Azərbaycana qarşı informasiya müharibəsi deyil, bu, dini təmayüllü bir təhlükə modelidir.

İran: Dövlət, yoxsa terror emalatxanası?

Təbii ki, bütün bunlar İranın regionun və dünyanın ən təhlükəli destabilizasiya ocaqlarından biri olduğunu növbəti dəfə sübuta yetirir. Fəqət, fars-molla rejimi nəinki terroru dəstəkləyir, hətta onu dövlət siyasətinə çevirib. İndi də İranın media resurslarında Azərbaycan media qurumlarına qarşı "təqlidçi"lərə şifrə ilə "cəza tədbirləri" çağırışı dövlət səviyyəsində dini əsaslı terror hədəfinin əyani sübutudur. Efirdə "ölüm fətvası" oxunulan ölkə dövlətdən daha çox terror quruplaşması deyilsə, nədir? Üstəlik, diplomatik nümayəndəliklərindən belə silah toplamaq-danışmaq, terror aktları planlaşdırmaq üçün istifadə edən ölkəyə necə dövlət demək olar? Avropa ölkələrində İran diplomatlarının casusluq və terror planlarına görə qovulması, həbs olunması da bunun sübutu deyil? Necə ki, İranın casus-diplomatı Əsədullah Əsədi də 2020-ci ildə Belçikada birinci instansiya məhkəməsinin qərarı ilə 20 il həbsə məhkum edilmişdi.

Əlqərəz, İran yenə də ənənəsinə sadiq qalaraq diplomatiya tribunasında "qonşuluq" və "İslam həmrəyliyi" kimi ali dəyərlərdən danışır, amma ekranın o tayında "ölüm fətvası" oxuyur, terror hədə-qorxusu gəlir, qonşularının daxilinə real və məcazi olaraq bomba yerləşdirməkdən danışır. Amma İran unutmasın ki, ekranın o tayı olduğu kimi, Arazın da o tayı var və həmin o tayda bizim də partlamağa hazır olan milyonlarla "bombamız" var.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyul 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri