İran ətrafında son vəziyyət: PUA lar artırıldı, qüvvələr cəmləndi
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Son günlər İran–ABŞ münasibətlərində müşahidə olunan gərginlik regionda mümkün hərbi toqquşma ehtimalını yenidən gündəmə gətirib. İranın pilotsuz uçuş aparatları və raket potensialını artırması, eyni zamanda Vaşinqtonun Yaxın Şərqdə, xüsusilə İran ətrafında hərbi mövcudluğunu gücləndirməsi “müharibə riski nə qədər realdır?” sualını aktuallaşdırır.
Qarşılıqlı hədələr, hərbi hazırlıq mesajları və diplomatik kanallardakı durğunluq genişmiqyaslı eskalasiyadan xəbər verir? Yoxsa tərəflər sadəcə psixoloji təzyiq və güc nümayişi ilə kifayətlənirlər?
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, İran ətrafında yaranan gərginlik hazırda dünya resurslarının əsas gündəm mövzularından biridir:
“Müzakirələrin əsas mahiyyəti ABŞ-ın İrana hərbi müdaxilə edib-etməyəcəyi məsələsidir. Artıq bir neçə gündür bu istiqamətdə ehtimal və proqnozlar irəli sürülür. Hesab edirəm ki, ABŞ bu planı təxirə sala bilər. Çünki bütün proseslər İranın nüvə proqramı ilə birbaşa bağlıdır. Tehran geri addım atarsa, Vaşinqton da geri addım ata bilər.
İlyas Hüseynov
Eyni zamanda, İrana hərbi müdaxilənin ABŞ-ın regional maraqlarına ciddi zərər vurması ehtimalı var. Burada söhbət yalnız bir hərbi bazadan getmir — ABŞ-ın regiondakı hərbi və strateji obyektlərinə zərbələr endirilə bilər. Vaşinqton regiona əlavə qüvvələr cəlb etsə belə, Tehranın buna cavabsız qalmayacağı dəqiqdir.
Müxtəlif alternativ ssenarilər müzakirə olunur. Avropa İttifaqı İrana yeni sanksiyalar tətbiq edib. Hazırda gərgin münasibətlər fonunda hərbi müdaxilə aktual görünsə də, diplomatik və digər alternativ variantlar da gündəmdədir”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 30 Yanvar 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















