Icma.az
close
up
RU
Tramp: “İran ətrafında vəziyyət dəyişkəndir”

Tramp: “İran ətrafında vəziyyət dəyişkəndir”

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az ABŞ prezidenti Donald Tramp “Axios” portalına müsahibəsində bu fikirləri səsləndirib.
Portalın məlumatına görə, yanvarın əvvəlində minlərlə etirazçının həlak olması fonunda Tramp İran rejiminin obyektlərinə zərbələr endirmək qərarına gəlməyə yaxın olub. Lakin son nəticədə bu addımı təxirə salıb və eyni zamanda bölgəyə əlavə hərbi qüvvələr yerləşdirib.
İranda etirazların əsasən yatırılmasına baxmayaraq, Ağ Evdə hərbi əməliyyat variantının hələ də gündəmdə qaldığı vurğulanır.
Məsələ ilə bağlı müzakirələrdən xəbərdar olan mənbələr prezidentin hələlik yekun qərar vermədiyini bildirirlər. Onun bu həftə əlavə məsləhətləşmələr aparacağı və yenilənmiş hərbi variantlarla tanış olacağı gözlənilir.
Bu variantlar bölgəyə bir aviadaşıyıcı zərbə qrupunun göndərilməsi ilə genişləndirilir: “USS Abraham Lincoln” təyyarədaşıyıcısı yanvarın 26-da artıq ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olub.
Müsahibədə Tramp təyyarədaşıyan gəminin yerləşdirildiyini təsdiqləyib: “İran yaxınlığında Venesuela ətrafındakından da böyük armadamız var”.
Bununla belə, Amerika lideri milli təhlükəsizlik komandasının təklif etdiyi və ya üstünlük verdiyi konkret variantları açıqlamayıb.
Eyni zamanda ABŞ prezidenti diplomatik tənzimləmə yolunun mümkün olduğunu vurğulayıb.
“Onlar razılığa gəlmək istəyirlər. Mən bunu bilirəm. Dəfələrlə zəng ediblər, danışmaq istəyirlər”, – Donald Tramp bildirib.
“Axios”un iddiasına görə, Ağ Ev rəhbərinin yaxın ətrafı daxilində fikir ixtilafı mövcuddur. Sərt mövqe tutan müşavirlər prezidentin etirazçılara dəstək verəcəyi və İran rejimini cəzalandıracağı barədə verdiyi vəddən sonra əvvəllər müəyyənləşdirilmiş “qırmızı xətt”in keçilməsinin zəruri olduğunu israr edirlər.
ABŞ donanması İran sahillərinə yaxınlaşıb Digərləri isə, əksinə, Tehranın bombalanmasının praktik nəticələr verəcəyinə şübhə ilə yanaşır və rejimin zəifləmiş mövqeyindən istifadə edərək razılaşma üçün təzyiq göstərməyin daha perspektivli olduğuna inanırlar.
Amerikalı məmurlar bildirirlər ki, potensial razılaşma İrandan zənginləşdirilmiş bütün uranın çıxarılmasını, onun uzaqmənzilli raket ehtiyatlarının məhdudlaşdırılmasını, regionda proksi qüvvələrə verdiyi dəstəyin dəyişdirilməsini və İranda uranın zənginləşdirilməsinə qadağa qoyulmasını əhatə edəcək.
İran tərəfi danışıqlara hazır olduğunu bəyan etsə də, bu şərtlərlə razılaşdığına dair heç bir eyham vurmayıb.
Xatırladaq ki, davam edən müzakirələr fonunda ABŞ ordusu Ağ Evin mümkün əmrinə hazırlaşır. “Abraham Lincoln” təyyarədaşıyan gəmisindən başqa, bölgəyə əlavə F-15 və F-35 qırıcıları, yanacaqdaşıyan təyyarələr (tankerlar) və hava hücumundan müdafiə sistemləri yerləşdirilib.
Mənbələrin məlumatına görə, CENTCOM-un komandanı, admiral Bred Kuper hərbi planları və İranın hücum edəcəyi halda mümkün birgə müdafiə tədbirlərini əlaqələndirmək məqsədilə yanvarın 24-də İsrailə səfər edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Yanvar 2026 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see343

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see301

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see294

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see284

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see230

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see214

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see199

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see187

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see184

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see178

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see174

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see174

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see171

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see171

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri