Icma.az
close
up
RU
İran gizli ittifaq qurdu Bölgəyə silahsursat daşıyırlar

İran gizli ittifaq qurdu Bölgəyə silahsursat daşıyırlar

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Suriyada Əsəd rejiminin devrilməsi ilə oyundan kənarda qalan və bölgədəki üstünlüyünü itirən İran PKK/YPG terror təşkilatı ilə gizli ittifaq qurub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

Türkiyə nəşri yazır ki, Əsədin ölkəni tərk etməsindən sonra Suriyadakı bütün hərbi varlığını geri çəkmək məcburiyyətində qalan İran bunu bərpa etmək üçün PKK-ya üz tutub:

“Bölgədə məzhəb qarşıdurması yaradaraq Suriyaya qayıtmağı planlaşdıran İran xaotik ittifaq yaratmaq üçün PKK/YPG ilə anlaşıb. PKK/YPG-nin şiələrin müqəddəs saydığı yerlərə təxribat xarakterli hücumlar təşkil edərək, müdaxilə məqsədilə zəmin yaratmaq üçün İranla razılaşdığı üzə çıxıb.

Suriyanın yeni rəhbərliyinin təpkisinə baxmayaraq, İran sakitləşmək bilmir. Bölgədə dəstəyini itirən İran ünsürləri və PKK/YPG yenidən dəstək qazanmaq üçün məzhəb qarşıdurması yaratmağa çalışır. Məzhəb qarşıdurması fonunda bölgədə mövqe qazanmaq istəyən İran və PKK/YPG bir araya gələrək, Dəməşqdəki Seyyidə Zeynəb türbəsi, eləcə də şiələr və nüseyrilər üçün müqəddəs sayılan digər dini mərkəzlərə qarşı birgə addım atmağa qərar verib. Bu qərara uyğun olaraq ilk addım kimi, Suriyadakı terrorçulara dəstək üçün İraqın Raniyyə və Süleymaniyyə bölgələrindəki terrorçular Suriyaya köçürülüb”.

Məlumatda deyilir ki, İranın Hələbdə PKK terrorçuları və özünün nəzarətində olan “Həşd-Şabi” ilə birgə əməliyyat mərkəzi qurduğu və bu əməliyyatı birgə həyata keçirmək üçün razılığa gəldiyi də bəlli olub:

“Əsədin devrilməsindən sonra hərbi meydanı daraldılan İranın “Həşd-Şabi” vasitəsilə Təl Rıfatda PKK/YPG-yə kamikadze PUA-lar və çoxlu sayda texniki ləvazimat çatdırdığı müəyyən edilib. İranla yanaşı, “Həşd-Şabi” də Mosul üzərindən Suriya sərhədindəki PKK/YPG-yə külli miqdarda silah-sursat göndərib.

Təşkilata təkcə kamikadze dronlar, silah-sursat və texniki ləvazimat verməklə kifayətlənməyən İran bir müddət əvvəl PKK/YPG-yə “Məcid” adlı hava hücumundan müdafiə sistemi də tədarük edib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 09 Yanvar 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri