İran həmin qırıcının pilotunu ələ keçirib? Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
ABŞ Hərbi Hava Qüvvələrinin İran səmasında vurulan F-35 qırıcısının pilotu katapult edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Pilotun İran hərbçiləri tərəfindən ələ keçirilməsi ehtimalı olduğu bildirilir. Bununla belə, detallar açıqlanmayıb.
Eyni zamanda, ABŞ-nin pilotu xilas etmək üçün axtarış əməliyyatı keçirmək cəhdinin uğursuzluğa düçar olduğu iddia edilir. Əməliyyatda “Black Hawk” helikopterlərinin və “C-130 Hercules” təyyarəsinin iştirak etdiyi bildirilir.
“Helikopterlərdən biri sərhəd yaxınlığında İranın hava hücumundan müdafiə qüvvələrinin hücumuna məruz qalıb və əməliyyat zonasını tərk edib”, - agentliyin məlumatında deyilir.
Xatırladaq ki, daha əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarənin ekipaj üzvlərinin katapult etmək ehtimalının az olduğunu iddia etmişdi. Sosial şəbəkələrdə isə həmin təyyarəyə aid olduğu iddia edilən qalıqların görüntüləri yayılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 03 Aprel 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















