Icma.az
close
up
RU
İran hər baxımdan kritik durumdaillərcə olmadığı qədər zəifləyib SENSASİYA

İran hər baxımdan kritik durumdaillərcə olmadığı qədər zəifləyib SENSASİYA

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çox sayda ciddi zərbələrlə üzləşən İran illərcə olmadığı qədər zəif və həssas duruma düşüb.

Ağır keçən 2024-cü ildə Tehranın bölgədəki təsir gücü azalıb, əzəli düşmənləri İsrail və ABŞ-yə qarşı hərbi çəkindirmə imkanları zəifləyib, iqtisadiyyatı da taqətdən düşüb.

Ekspertlər deyirlər ki, İslam respublikası Donald Trampın prezident vəzifələrinin icrasına başlayacağı və Tehranla dünya gücləri arasında nüvə sazişinin müddətinin bitəcəyi bu il boyunca sərt qərarlar verməli olacaq.

"Ağrılı seçimlər ili"

"Mən ehtimal edirəm ki, ... 2025-ci il Tehran üçün çətinliklər və ağrılı seçimlər ili olacaq", - Londonda yerləşən "Chatham House" beyin mərkəzinin Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sənəm Vəkil belə deyir.

Müttəfiqi olan Suriya prezidenti Bəşər əl-Əsədin dekabr ayında devrilməsi İranın bölgədəki ambisiyalarına ciddi zərbə vurub.

Əsəd rejimi dövründə Suriya İranın "dirəniş oxu" adlandırdığı proksi və tərəfdaşlar şəbəkəsinin üzvü idi və Tehranın müttəfiqlərini silahla təchiz etməsinə şərait yaradırdı. Bu müttəfiqlər arasında onillərlə İranın bölgədəki ən mühüm tərəfdaşı olan Livanın "Hizbullah" qrupu da vardı.

Bir zamanlar bölgədə hesablaşılmalı qüvvələrdən biri olan "Hizbullah"ın indi, sadəcə, görüntüsü qalıb. İsrailin ötən il gerçəkləşdirdiyi hava bombardmanları və qurudan hücumu qrupun hərbi imkanlarını ciddi ölçüdə zəiflədib və hərbi rəhbərliyini məhv edib.

İsrailin Qəzza zolağında Tehranın digər müttəfiqi olan HƏMAS qrupuna qarşı müharibəsi isə İranın Qəzzadakı təsirini yox səviyyəsinə endirib.

Hicab qanunu "rəfə qoyuldu"

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifinin hazırladığı materialda deyilir ki, ölkə daxilində də işlər bundan daha yaxşı durumda deyil. Milli valyuta ötən il ərzində ABŞ dollarına qarşı dəyərinin 60 faizdən çoxunu itirib. Hökumət xalqın qəzəbindən çəkindiyindən hicab məcburiyyətinə dair ziddiyyətli qanunu rəfə qoymalı olub.

Almaniya Beynəlxalq və Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatçısı Həmidreza Əzizi deyir ki, İranın dini isteblişmenti "kritik durumdadır".

"Bu, bəlkə də, İslam respublikasının 1980-88-ci illərdə İraqla müharibəsindən sonrakı tarixində ən ağır dönəmdir – yaxud, bəlkə, ondan da ağırdır", - Əzizinin sözləridir.

O bildirib ki, hətta isteblişmentin sosial dəstək bazasının özəyini təşkil edən kütlə hazırda ölkənin daxili və xarici siyasətinin düzgünlüyünü sorğulayır.

Bütün bunlar azmış kimi, 2025-ci il İranın nüvə proqramının varlığı üçün həlledici il ola bilər. 2015-ci ildə imzalanan, ancaq demək olar, keçərsiz durumda olan nüvə sazişinin müddəti oktyabrda bitəcək. Sazişin dirçəldilməsi istiqamətində irəliləyişin az olması isə Qərbin səbirsizliyini artırır.

"Rejim öz xalqını itirib"

Fransa prezidenti Emmanuel Makron bu həftə Tehranın nüvə proqramının "geriyədönməz" nöqtəyə yaxınlaşmasına dair xəbərdarlıq edib. İran onun bu şərhini "aldadıcı" adlandırıb.

Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq İnstitutu İran proqramının direktoru Aleks Vatanka düşünür ki, İran illərcə istər daxildə, istərsə xaricdə atdığı yanlış addımların acı nəticələri ilə üzləşir və indi kritik nöqtəyə gəlib çıxıb.

"İrana şok terapiyası… özəyinədək silkələnmək lazımdır ki, bəlkə, bu rejimi qurtarmaq mümkün ola", - Vatanka belə deyir.

Təhlilçilərin fikrincə, Tehran siyasətində ciddi dəyişikliklər etməli və ağır qərarlar verməli, məsələn, çöküşün davam etməsinin önünü kəsmək üçün Tramp administrasiyası ilə əməkdaşlığa getməlidir.

2017-2021-ci illərdə - Trampın ilk prezidentliyi dövründə onun administrasiyası İrana "maksimum basqı" kampaniyası yürüdürdü. Bura Tehrana qarşı ağır sanksiyaların tətbiqi də daxil idi.

"Göründüyünə görə, həm daxili, həm də xarici cəbhələrdəki mövcud çətinliklər fonunda Tehranda siyasi dairələr arasında razılığa gəlməyin ən praqmatik çıxış yolu olmasına dair konsensus artmaqdadır", - Əzizi deyir.

Vatanka deyir ki, dünya bu cür razılaşmanı alqışlamalı olsa da, bu, dini isteblişmenti qurtarmağa yetməyə bilər.

"İrandakı rejimin üzləşdiyi ağır problemlə bağlı Trampın, yaxud başqa kiminsə edə biləcəyi heç bir şey yoxdur. Rejim öz xalqını itirib", - son illərdə xalqın artan narazılığına işarə edən Vatanka belə deyir./ Azadlıq Radiosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Yanvar 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri