Icma.az
close
up
RU
Emreli: Sensasiya edəcəyik

Emreli: Sensasiya edəcəyik

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan milli komandası yoldaşlıq görüşündəki rəqibi Belorus yığması ilə sonuncu dəfə 2022-ci ilin iyununda qarşılaşıb. UEFA Millətlər Liqasının "Liv Bona Dea Arena"dakı oyununda meydana sonradan daxil olan Mahir Emreli 1 qol və 1 məhsuldar ötürmə ila komandasının 2:0 hesablı qələbəsində önəmli pay sahibi olub.

Hazırda Almaniyada "Nürnberq" klubunun formasını geyinən 27 yaşlı hücumçu AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.

Milli.Az xəbər verir ki, Emreli həm üç il əvvəlki matçı xatırlayıb, həm də millinin qarşıdakı oyunları barədə danışıb...

- Almaniyada işləriniz necə gedir: "Nürnberq"ə va II Bundesliqaya tam uyğunlaşa bilmisiniz?

- Hər şey çox yaxşıdır. Mövsümün əvvəlindaki təlim-məşq toplanışında iştirak edə bilməmişdim. Amma qış hazırlığında kollektivlə birlikdə oldum. Bir-birimizə daha yaxşı uyğunlaşmaq imkanımız yarandı. Oyundan-oyuna artırmaq va komandama daha faydalı olmaq istəyiram.

- Baş məşqçi Miroslav Kioze öz dövrünün ən güclü hücumçularından biri olub. Ön xatt oyunçusu kimi, ondan öyrəndiyiniz hansısa xüsusiyyət ver?

- Onunla fərdi məşqlər də edirik. Müxtəlif maqamlara toxunur, təcrübəsini bizimlə bölüşür. Bunun da faydalarını oyunlarda görürük. Kloze llə işləmək çox xoşdur. Hücumçuya hər məşqdə xüsusi həzz verir. İclasda, fərdi söhbətdə bu baş məşqçidən nələrsə öyrənməyə çalışırıq.

- II Bundesliqa daha əvvəl çıxış etdiyiniz liqalardan ne ilə fərqlənir?

- Burada intensivlik, fiziki göstəricilər və rəqabət böyükdür. Polşa va Xorvatiyada olanda həmin ölkələrin çempion komandalarında çıxış edirdim. Rəqiblər istər- istəməz bizə qarşı qapanırdılar, oyuna dominantlıq edirdik. Amma burada digərindən aşkar üstün komanda yoxdur. Hər bir komanda öz oyununu göstərməуə çalışır va matçlarda kifayət qədər qol imkanı əldə edir. II Bundesliqada, xüsusən də, topsuz olduğun zaman nizam-intizama çox önəm verirlər. Bu da mənim üçün yeni haldır. Çünki əvvəlki klublarım çempionatın an yaxşısı olduğundan, topsuz oyuna a qədər də fikir vermirdim. Burada taktiki sxemə, intizama ayaq uydurmalısan və baş məşqçinin xüsusən topsuz olduğun zaman verdiyi tapşırıqları yerinə yetirməlisən.

- Polşa, Xorvatiya, Türkiyə və Almaniyada legioner həyatı yaşamısınız. Ölkə xaricində oynamaq necə hissdir, azərbaycanlı həmkarlarınıza nəyi tövsiyə edərdiniz?

- Har bir futbolçu üçün xeyirlisi nədirsə, o da olsun. Kimin legioner həyatı yasamaq arzusu varsa, çəkinmədən bunu reallaşdırsın, düşünməsin ki, xaricdə mədəniyyət fərqlidir. Özlərini bu yöndə inkişaf etdirsinlər, ən önəmlisi, inansınlar. Azərbaycan çempionatında yaxşı çıxış edən oyunçular var ki, orada özlərini daha rahat hiss edirlər. Ancaq xaricə getmək arzusu llə yaşayan uşaqlar əllərinə belə fürsət düşən kimi, düşünmədən dəyərləndirsinlər. Ən azı, özlərini yoxlasınlar. Sonra peşmanlıq çəkməsinlər ki, şans düşdü, istifadə etmədim. Ümid edirəm ki. futbolçularımız daha yaxşı klublarda çıxış edəcəklər.

- Azərbaycan millisi bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. Tanış rəqiblə növbəti duel nə kimi fayda verə bilər?

- Millidə olduğum zaman oyunun rəsmi və ya yoldaşlıq görüşü xarakterli olması arasında fərq qoymuram. Düzdür, yoldaşlıq matçlarında bəzi taktiki sxemlər, oyunçular sınaqdan keçirilir. Buna baxmayaraq, özümüzü yaxşı tərəfdən göstərməyə çalışmalıyıq. Xüsusən də, Belarus kimi dişimizə görə olan komandalar önünə qələbə üçün çıxmaq vacibdir. Belə qarşılaşmaların necə fayda verəcəyini isə rəsmi oyunlarda görəcəyik. Ümid edirəm ki, həmin görüşlərdən maksimum yararlanar, xalqımız üçün yaxşı futbol nümayiş etdirər və onların üzünü güldürərik. Bütün istəyimiz sırf bu yöndədir. Əlbəttə, uğur qazandığın zaman tarixə düşürsən və biz də bunun üçün çalışırıq. Əlimizdən gələni edəcəyik.

- 2022-ci ildə UEFA Millətlər Liqasının Belarusla oyununda Bakıda 2:0 hesabı ilə qalib gəlmişdiniz. Qollardan birinin müəllifi olduğunuz həmin matçı necə xatırlayırsınız?

-Həmin görüşü yaxşı xatırlayıram. İlk dəqiqələrdən ehtiyatda qaldığım üçün bir az əsəbi, narazı idim. Etik çərçivədə, futbolçunun hörmətsizlik etmədən bu cür narazılığı normaldır. Amma sonradan meydana daxil olaraq, bir qol vurdum va digər qolun məhsuldar ötürməsini verdim. Vurduğum qol gözəl alınmışdı. Ümid edirəm ki, millinin heyətində belə qolları daha çox vuraram. Həmin ana qədər 5 matç idi ki, nə qol vura, nə də qələbə qazana bilirdik. Belarusla qarşılaşmadan sonra yüksəlişə keçdik, ardıcıl 5 oyunda qələbə qazandıq.

- Bu il DÇ-2026-nın seçmə mərhələsində mübarizə aparacağıq. Rəqiblərdən ikisi Ukrayna və İslandiya, digəri Fransadır. Bu qrupda nəyə ümid etmək olar?

- Rəqiblərin gücü bəllidir. Belə komandalar önündə xəyal qurmağa ehtiyac yoxdur. Sadəcə, düzgün hazırlaşıb, meydana qələbə üçün çıxmalıyıq. Futbolda qalibiyyət də var, məğlubiyyət də. Ancaq bəzən necə uduzmağın da vacib olur. Elə olur ki, canını dişinə sıxıb mübarizə aparırsan, yaxşı oyun sərgiləyirsən, amma sonda məğlub olursan. Bu, haradasa bağışlana bilər. Bizdə insanların futbol anlayışı gündən-günə yaxşılaşır. Məsələn, Slovaklyaya məğlubiyyətə baxmayaraq, matçdan sonra pozitiv şərhlər yazılırdı. Raqibləri təhlil edib, hər birinə qarşı doğru-düzgün hazırlaşmalıyıq. Keyfiyyət fərqi da öz sözünü deyəcək. Düşünürəm ki, sensasiya edəcəyimiz matçlar olacaq. Hər oyuna çıxanda buna inanmaq va baş məşqçinin tapşırıqlarını doğru yerinə yetirmək lazımdır. Bunu bacarsaq, istənilən uğurlu naticəyə ümid edə bilərik.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Mart 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri