İran Hindistanla əməkdaşlığa başlayır: Pezeşkiandan etiraf
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
İran Prezidenti Məsud Pezeşkian Hindistanın ölkəsinin cənub-şərqində, Ərəbistan dənizi sahilində yerləşən Çabahar limanında müxtəlif sahələrdə əməkdaşlıq edə biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, İran mediasının məlumatına görə, Pezeşkianın Hindistanın “India Today” telekanalına müsahibəsinin ikinci hissəsi yayımlanıb.
Pezeşkian Çabahar limanı ilə bağlı bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını vurğulayıb. O bildirib ki, Hindistan İranla limanda ticarət də daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlıq edə bilər.
“Hindistanın Baş naziri ilə münasibətlərimiz gündən-günə yaxşılaşır”, – deyə, Pezeşkian qeyd edib.
İran prezidentinin sözlərinə görə, Rusiya və Çin ölkəsinin dostlarıdır və Tehran hər iki dövlətlə yaxşı münasibətlərə malikdir. O, İranın Hindistanla əlaqələri də daha da dərinləşdirmək istədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Sentyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















