Icma.az
close
up
RU
İran Hörmüz boğazını bağlaya bilər Dünya fəlakətin astanasında?

İran Hörmüz boğazını bağlaya bilər Dünya fəlakətin astanasında?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İsrail-İran münaqişəsi fonunda rəsmi Tehran Hörmüz boğazını bağlamağı düşünür. Hörmüz boğazı Fars körfəzini Oman dənizinə birləşdirən, qlobal neft və qaz ticarəti üçün mühüm su yoludur. Xüsusilə Yaxın Şərqdəki neft istehsalçıları üçün boğaz Asiya, Avropa və Şimali Amerika bazarlarına açılan strateji qapıdır. Qlobal neft ixracının, təqribən, 20%-i və mayeləşdirilmiş təbii qaz (LNG) ixracının böyük bir hissəsi buradan keçir. İl ərzində boğazdan 21 milyon barelə kimi xam və emal edilmiş neft daşınır. Bu, dəniz yolu ilə nəql edilən dünya neftinin təxminən üçdəbiridir. Bəs belə olan halda, İran Hörmüz boğazını bağlaya bilərmi və bu baş verərsə, nəticəsi necə ola bilər?

Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyevin sözlərinə görə, Hörmüz boğazı dünyanın əsas enerji keçidlərindən biridir:

"Hörmüz boğazından, əsasən, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi ərəb dövlətləri istifadə edir. Əgər bu boğaz başlanarsa, bu, dünya neft bazarında ciddi problemlər meydana gətirə bilər. İranın boğazı bağlaması real təhdiddir".

"Hörmüz ətrafı hələ müharibə başlamamışdan əvvəl də, hər zaman SEPAH-ın ən aktiv olduğu bölgə idi. Rəsmi Tehranın boğazı texniki cəhətdən bağlamaq imkanı yoxdur. Lakin hərəkəti imkansız hala gətirə bilər. Bunun üçün ən sərfəli variantı - ballistik raketlərlə yolu nəzarətdə saxlaya və hərəkətə mane ola bilər. Ballistik raketlər əvəzinə İran yaxınmənzilli qanadlı raketlərin gücündən də istifadə edə bilər. Əgər İran bu prosesi daha uzunmüddətli etmək istəyirsə, dənizin altını minalaya bilər. Belə olduqda körfəzdə gəmilərin hərəkəti mümkünsüz olacaq.

Ancaq İran buna ABŞ-nin reaksiyasını da hesablamalıdır. Vaşinqton illər əvvəl bu təhdidi hesablayaraq, önləyici tədbir alıb. Bəhreyn ərazisində 5-ci donanmasını yerləşdirib ki, ekstremal vəziyyətdə bu donanma dərhal hərəkətə keçərək İrana mane olsun", - ekspert qeyd edib.

Müsahibimiz əlavə edib ki, İran Hörmüz boğazını bağlasa, ehtimal ki, neftin qiyməti 100-150 dollar civarına qalxacaq:

"Bu baxımdan, İran Hörmüzü qısamüddətli bağlaya bilər. Lakin uzunmüddətli bağlanma dünya enerji sektoru üçün fəlakət olacaq. Üstəlik, bu, İranın özünə də ciddi risklər yaradacağından mən Tehranın bu addıma gedəcəyinə inanmıram".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyun 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri