“İran Hörmüz boğazını yenidən bağlaya bilər” Tehran ABŞ yə xəbərdarlıq edib
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ dəniz blokadasını davam etdirərsə, İran Hörmüz boğazını yenidən bağlaya bilər.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran rəhbərliyindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, boğazla bağlı məsələ bir sıra razılaşmaların icrasından və Livanda atəşkəs rejiminə riayət olunmasından asılıdır. Qeyd olunur ki, dəniz blokadası davam edəcəyi təqdirdə bu, atəşkəsin pozulması kimi qiymətləndiriləcək və bundan sonra boğaz vasitəsilə hərəkət bağlana bilər.
Agentliyin həmsöhbəti vurğulayıb ki, Hörmüz boğazından keçmək üçün müəyyən şərtlər qüvvədə qalır. Belə ki, xarici hərbi gəmilərin, eləcə də "düşmən ölkələr"lə əlaqəli gəmilərin keçidi qadağandır. İrana "düşmən" olan ölkələrdən yüklərin daşınması qadağan edilib.
Boğazdan keçid İran hərbçiləri ilə əlaqələndirilməlidir və yalnız ciddi şəkildə müəyyən edilmiş marşrutlar üzrə mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 17 Aprel 2026 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















