İran Hörmüzdən keçid edəcək ölkələri üç qrupa bölüb
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
İran hakimiyyəti Hörmüz boğazında gəmiçiliyin idarə olunması və Tehranla münasibətlərinə əsaslanaraq müxtəlif ölkələrdən gələn gəmilərin keçidini təmin etmək üçün bir sistem hazırlayıb.
Moderator.az xəbər verir ki, məlumatı Qətərin "Əl-Cəzirə" televiziya kanalı yayıb. Kanalın məlumatına görə, İranın planı bütün ölkələri üç kateqoriyaya bölür: "düşmən", "neytral" və "dost". Birinci qrupdakı ölkələrə Hörmüz boğazından istifadə etmək qadağan ediləcək, "neytral" ölkələrdən gələn gəmilərə yüksək rüsumlar tətbiq olunacaq, "dost" ölkələrə boğazdan sərbəst keçid veriləcək.
Tehran tərəfindən hazırlanmış üç kateqoriyanın tam siyahısı təqdim edilməyib, lakin kanal iddia edir ki, demək olar ki, bütün Körfəz dövlətləri "neytral" və ya "düşmən" kimi təsnif edilir. İranın planına görə, onlar ya "əhəmiyyətli rüsumlar" ödəməli olacaq, ya da Hörmüz boğazından tranzit keçmək tamamilə qadağan ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 04 Aprel 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















