İran illərlə davam edəcək müharibə üçün raket ehtiyatının olduğunu açıqlayıb
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Regionda silahlı münaqişə bir neçə il uzansa belə, İran Silahlı Qüvvələri raket və digər strateji resurs qıtlığı yaşamayacaq.
"Report" "Al Mayadeen" telekanalına istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin nümayəndəsi Ələddin Borucerdi bildirib.
"Hərbi əməliyyatlar aylarla və ya hətta illərlə davam edəcəyi təqdirdə, İran öz raket arsenalı və strateji potensialı ilə bağlı heç bir çətinliklə qarşılaşmayacaq", - iranlı parlamentari vurğulayıb.
Onun sözlərinə görə, Amerika tərəfi "malik olduğu müasir silahlara baxmayaraq, [İran Silahlı Qüvvələrinin] müdafiə potensialı ilə qarşılaşaraq məğlubiyyətə uğrayıb".
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 06 Aprel 2026 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















