Icma.az
close
up
RU
Müharibə illərlə davam edəcək DƏHŞƏTLİ PROQNOZ

Müharibə illərlə davam edəcək DƏHŞƏTLİ PROQNOZ

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, tərəflərin 14 bəndlik memorandumu yerinə yetirməyəcəyi əvvəlcədən bəlli idi. Çünki, kağız üzərindəki bəndlər Vaşinqton və Tehranın maraqlarını əks etdirmirdi:

“Digər tərəfdən İranda hakimiyyətin kimin və ya kimlərin əlində cəmləşdiyinin bəlli olmaması da memorandumun yerinə yetirilməsi ehtimalını azaldırdı. Belə də oldu. İran Prezidenti və xarici işlər naziri Hörmüz boğazıyla bağlı bir mövqedən çıxış etdi, SEPAH generalları isə yenidən tankerlərə atəş açmağa üstünlük verdilər”.

Siyasi icmalçı vurğulayıb ki, İran və ABŞ hərbi qarşdurmaya başlamaqla Pakistanı da pis vəziyyətdə qoydular. E.Şahinoğlu xatırladıb ki, İslamabad bu ilin aprelindən başlayaraq tərəflərlə danışıqlar aparır, Vaşinqtonla Tehran arasında ortaq məxrəc tapmağa çalışırdı.

“Alınmadı. Pakistandan əvvəl Türkiyə də tərəflər arasında vasitəçi olmaq istəyirdi. Ancaq Tehran Ankaranın vasitəçiliyini qəbul etmədi. Müharibədən əvvəl görüş Omanda keçirildi. Ancaq Oman görüçünün də nəticəsi olmadı.

İndiki şərtlər altında başqa bir dövlət vasitəçi ola bilərmi? Misal üçün həm Vaşinqton, həm də Tehranla normal münasibətlərə malik olan Hindistan vasitəçilik təşəbbüsü ilə çıxış edə bilərmi? Çətin. Məsələ burasındadır ki, ABŞ-İran müharibəsi və Yaxın Şərqdəki gərginlik Hindistanın da maraqlarına toxunur.

Birincisi, Hindistan İran və Körfəz ölkələrindən yanacaqla təmin olunur. Müharibə bu təminatı təhlükə altında qoyub. Məhz bu səbəbdən Hindistanın neft emalı zavodları Rusiyadan daha çox neft almağa başlayıblar.

İkincisi, Hörmüz boğazında üzən tankerlərdə xidmət edənlər arasında xeyli Hindistan vətəndaşı var. Müharibə zamanı hindililər arasında ölənlər olub.

Üçüncüsü, Körfəz ölkələrində çalışanlar arasında Hindistan vətəndaşları var. Müharibə onlara da təhlükə yaradıb.

Dördüncüsü, Hindistan 2014-cü ildə İranın strateji əhəmiyyət kəsb edən Çabahar limanını idarəçiliyə götürüb. Hindistan bu limana böyük sərmayə qoyub. Cabahar İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Limanı idarəçiliyə götürməklə Hindistan Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyirdi. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynamalıydı. Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılmalı idi. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaqdı”, - ekspert diqqətə çatdırıb.  

Politoloq bildirib ki, ABŞ Çabahar limanına da zərbələr vurub. Müharibə davam edərsə, bu limandan istifadə mümkün olmayacaq. Müharibə dayansa belə, limanın yenidən bərpası üçün böyük vəsait tələb olunacaq:

“Hindistan dünyanın beşinci ən böyük iqtisadiyyatı, Hind-Sakit Okean təhlükəsizlik arxitekturasında əsas oyunçulardan biri və böyük güclərin fəal şəkildə mübarizə apardığı ölkə olsa da, Yeni Dehli Vaşinqtonla Tehran arasında vasitəçi olmağa risk etməyəcək. Hindistanın vasitəçi rolunda çıxış etməməsinin başqa səbəbi də var. Hindistan və İsrail 2026-cı ilin fevral ayında münasibətlərini xüsusi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıblar və milyardlarla dollar dəyərində müdafiə müqavilələri müzakirə edilib. 2020-ci ildən 2024-cü ilə qədər İsrailin ən böyük silah müştərisi olan Hindistan olub. Tehran Yeni Dehli ilə münasibətlərinə davam etsə də, İsrailin strateji tərəfdaşının vasitəçi olmasına razılaşmaz”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 İyul 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri