Icma.az
close
up
RU
İran işğalına qarşı əməliyyat başladı: 18 illik sənəd icra edilə bilər

İran işğalına qarşı əməliyyat başladı: 18 illik sənəd icra edilə bilər

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail “Hizbullah”ın raketlərini məhv etmək və təşkilata əlavə təzyiq göstərmək məqsədilə Livanda quru əməliyyatının ikinci mərhələsinə başlayıb. 

İsrail Silahlı Qüvvələrinin sadəcə Livanın cənubunda deyil, Beyrut və Bekaa vadisində də hərəkətə keçdiyi, təşkilata məxsus silah anbarlarını məhv etdiyi bildirilir.

Təl-Əviv “Hizbullah”ın raket arsenalını məhv etməklə təşkilatı aradan götürə bilərmi? Əməliyyatların ikinci mərhələsində əsas hədəf nədir?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, İsrail HƏMAS-a qarşı əməliyyatlara başlayanda bu müharibənin üç mərhələli olacağını elan etmişdi:

“Ölkənin müdafiə naziri Yoav Qallant açıqlamışdı ki, birinci mərhələ İsrail ordusunun HƏMAS yaraqlılarını döyüş təyyarələri vasitəsilə məhv etməsini, daha sonra yerüstü əməliyyatlara başlamamasını ehtiva edir. Yayılan xəbərlərdən görünür ki, Təl-Əvivin müdafiə ordusu HƏMAS-a qarşı əməliyyatları uğurla həyata keçirib. İkinci mərhələdə İsrailə qarşı müqavimət bölgələrinə zərbələr endirib HƏMAS-ı, eləcə də digər qrupları zərərsizləşdirmək planlaşdırılırdı. Üçüncü mərhələdə isə Qəzzada təhlükəsizlik zonasının yaradılması nəzərdə tutulurdu.

İsrail hökuməti bəyan edib ki, yəhudi dövlətinin təhlükəsizliyini təhdid edən bütün silahlı birləşmələr zərərsizləşdiriləcək. Ötən bir il ərzində keçirilən əməliyyatlarla bu bəyanat gerçəkləşdirildi, proses davam edir. Yəni ikinci mərhələ kimi hazırda İsrail ətrafında dövlətin təhlükəsizliyinə təhdid yaradan qüvvələr sıradan çıxarılır”.


Sədrəddin Soltan

Politoloqun sözlərinə görə, İran “Hizbullah”ın yerləşdiyi ərazini de-fakto işğal edib:

“Yəni İsrail “Hizbullah”a qarşı mübarizə aparmaqla əslində Livandakı İran hərbi bazasına qarşı vuruşur. “Hizbullah”ın həmin bölgədə yerləşməsi qanunsuzdur. 2006-cı ilin sentyabrda İsrail ilə “Hizbullah” arasında döyüşlər dayandıqdan sonra BMT TŞ-ı “17.01” adlı qətnamə qəbul etdi. Bu qətnaməyə görə, “Hizbullah” qüvvələri İsraillə sərhəddən çəkilməli, yerinə Livan qüvvələri yerləşməli idi. Həmin qətnaməyə əsasən, İsrail ordusu “Hizbullah” ilə döyüşə bilər. Ancaq bu müqavilə pozulub, başqa cür desək, heç vaxt həyata keçirilməyib. Odur ki, İsrail “Hizbullah”ı tamamilə neytrallaşdırmaq xəttini qarşıya qoyub.

Burada bir çox suallar yaranır, məsələn, “Hizbullah” və HƏMAS məhv edilə bilərmi? Tarix sübut edir ki, belə təşkilatlar müvəqqətidir. Onlar konkret güclərin maraqlarına əsasən yaradılıb. SSRİ dövründə kommunist qruplaşmalar vardı, lakin ittifaq dağıldıqdan sonra onlar buxarlandı. HƏMAS və “Hizbullah” isə İran tərəfindən yaradılıb, maliyyələşdirilir. Tehran hakimiyyətinin zəifləməsi fonunda onlar da zəifləyə bilər. Fikrimcə, bundan sonra İsrail Suriya və İraqdakı iranyönümlü silahlı qruplara qarşı əməliyyat artacaq.

Livanla “17.01” qətnaməsinin gerçəkləşməsi üçün danışıqlar ola bilər. Bu, “Hizbullah”ın Livan ərazisini tərk etməsi ilə nəticələnər. Regionda İsraila qarşı silahlı qruplaşmalar mövcud olduğu müddətdə sakitlik olmayacaq. İsrail onlara qarşı əməliyyatlar keçirəcək”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri