İran İslamabad danışıqlarının iflasında ABŞ ni günahlandırdı
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçı İslamabadda (Pakistan) danışıqların uğursuz nəticələnməsində Vaşinqtonu günahlandırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında məlumat verib.
“Son 47 il ərzində ən yüksək səviyyədə aparılan intensiv danışıqlar zamanı İran müharibəyə son qoymaq üçün ABŞ ilə xoş niyyətlə əməkdaşlıq edib. İslamabad memorandumunun imzalanmasına çox az qalmışdı ki, biz amerikalı həmkarlarımızın maksimalizmi, oyun qaydalarının dəyişdirilməsi və sərtliyi ilə üzləşdik”, – deyə diplomat bildirib.
Xatırladaq ki, aprelin 11-də İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib. Nümayəndə heyətləri ən azı iki əsas məsələ – nüvə proqramı və Hörmüz boğazı üzrə razılığa gələ bilməyiblər.
Pakistandakı danışıqlarda ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Cey Di Vens başçılıq edib. Ondan başqa, qrupun tərkibində dövlət başçısının xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner olub.
İran nümayəndə heyətinə isə ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və Abbas Əraqçı başçılıq ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 13 Aprel 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















