SON DƏQİQƏ! İslamabad ABŞ İran danışıqlarına hazırlaşır
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Pakistanın paytaxtı İslamabad yaxın günlərdə mühüm diplomatik prosesə ev sahibliyi edə bilər.
Turkustan.az xəbər verir ki, məlumata görə, ABŞ ilə İran arasında növbəti danışıqlar raundunun keçirilməsi ehtimalı fonunda şəhərdə intensiv hazırlıq işləri aparılır.
Diplomatik mənbələr bildirir ki, tərəflər arasında gərginliyin azaldılması və xüsusilə nüvə proqramı ətrafında fikir ayrılıqlarının müzakirəsi əsas gündəm maddələrindən biri olacaq. İslamabadın neytral platforma kimi seçilməsi isə regionda balanslı mövqeyi ilə izah edilir.
Hazırlıq çərçivəsində təhlükəsizlik tədbirləri gücləndirilib, yüksək səviyyəli nümayəndə heyətlərinin qəbuluna uyğun logistika və infrastruktur məsələləri nəzərdən keçirilir. Hələlik rəsmi təsdiq verilməsə də, prosesin yaxın günlərdə konkret mərhələyə keçəcəyi gözlənilir./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 19 Aprel 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















