İran İsrail gərginliyi azərbaycanlı zəvvarların yolunu uzatdı “Gecikmələr normaldır”
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran və İsrail arasında baş verən hərbi toqquşmalar Həcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarların da işini çətinə salıb. Hazırda onların təhlükəsizliyi məsələsi çox aktualdır.
"Zəvvarlar Həcc ziyarətindən hissəli şəkildə qayıdırlar", - deyə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Samid Quliyev "Yeni Sabah"a bildirib,
"İlk zəvvar qrupumuz iyunun 15-də Vətənə dönüb. Digər qrupların qayıdışında da heç bir problem yoxdur. Sadəcə əvvəlki uçuş traektoriyasından bir az daha uzun bir traektoriya ilə uçuşlar həyata keçirilir.
Yeganə dəyişiklik odur ki, uçuşlar müəyyən ölkələrin üzərindən keçmir və uçuş saatlarında gecikmələr müşahidə olunur ki, bu da normal haldır".
QMİ əməkdaşı zəvvarların olduğu təyyarələrin hansı ölkələr üzərindən uçduğunu dəqiqləşdirməyib.
Samid Quliyevin sözlərinə görə, 2011-ci ildən etibarən QMİ Həcc ziyarətinə avtobus səfərlərini dayandırılıb və həmin ildən etibarən müqəddəs şəhərlərə ziyarətlər yalnız təyyarə vasitəsilə həyata keçirilir:
"Həm də quru sərhədlər bağlı olduğu üçün ancaq təyyarə ilə ziyarətlər mövcuddur".
Rəsminin sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi yalnız Həcc ziyarətlərinin təşkilində iştirak edir. Digər ziyarətlər, o cümlədən Kərbəla, Məşhəd və s-i xüsusi şirkətlər təşkil edir.
"Yeni Sabah"ın məlumatına görə, hazırda həmin şirkətlər xarici ölkələrdəki bu ziyarətgahlara səfərləri dayandırıb.
Rəvan Rzazadə
Baxış sayı:87
Bu xəbər 18 İyun 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















