Icma.az
close
up
RU
ABŞ İsrail İran gərginliyi böyüyür

ABŞ İsrail İran gərginliyi böyüyür

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ və Yaxın Şərqdə gərginlik yeni mərhələyə qədəm qoyub. ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu barədə məlumat aldıqlarını təsdiqləyiblər. AzPost xəbər verir ki, məlumatı ölkənin CBS telekanalı yayıb. İddiaya görə, ABŞ tərəfi mümkün İran cavabının ilk növbədə İraqdakı ABŞ hərbi obyektlərinə yönələcəyini gözləyir.

Bu ehtimala cavab olaraq, ABŞ Dövlət Departamenti Bağdaddakı səfirliyin əməkdaşlarının bir hissəsinin ölkəni tərk etməsi barədə göstəriş verib. Rəsmi Vaşinqton bu addımı regionda yaranan təhlükəli vəziyyətlə əlaqələndirib.

Məsələ ilə bağlı ABŞ prezidenti Donald Tramp da açıqlama verib. O, bəyan edib ki, mümkün riskə görə təkcə İraqdakı diplomatik heyət deyil, Yaxın Şərqdəki hərbçilərin ailə üzvləri də ABŞ-a qaytarılır. “Bu yer təhlükəli ola bilər. Nə baş verəcəyini gözləyirik”, – deyə Tramp bildirib.

Eyni zamanda, ABŞ daxilində də vəziyyət gərgin olaraq qalır. Los-Ancelesdə keçirilən etiraz aksiyaları zamanı zorakılıq halları artıb. Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib ki, etirazçıların əksəriyyəti zorakılıq nümayiş etdirir və prezident Tramp isə dinc nümayiş hüququnu müdafiə edir. Şəhərdə çoxsaylı etirazçı saxlanılıb, bəzi yerlərdə ABŞ bayraqları yandırılıb.

Bütün bu hadisələr fonunda ABŞ-ın iqtisadi və diplomatik siyasəti də diqqət mərkəzindədir. Donald Tramp bildirib ki, rüsum məsələləri ilə bağlı yaxın iki həftə ərzində bir sıra ölkələrə məktublar göndəriləcək. Tramp eyni zamanda Çinlə razılıq əldə olunduğunu və digər ölkələrlə də danışıqların davam etdiyini vurğulayıb.

Digər diqqətçəkən açıqlama isə İlon Maskla bağlıdır. Ağ Evin sözçüsü Kerolayn Livitt Maskla Tramp arasında olan fikir ayrılığına baxmayaraq, hökumətin onun şirkətləri ilə bağlanmış müqavilələri nəzərdən keçirmədiyini deyib.

Hazırda ABŞ həm xarici, həm də daxili siyasətdə olduqca gərgin və kritik dövr yaşayır. Vaşinqtonun həm diplomatik, həm hərbi, həm də iqtisadi istiqamətdə atacağı növbəti addımlar dünya ictimaiyyətinin diqqətindədir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 İyun 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see805

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see319

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see302

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see288

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see270

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see260

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see241

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see237

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see212

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see202

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see194

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see193

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see188

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see188

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see187

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see185

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see181

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see179

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see176

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri