İran İsrail gərginliyi Rusiya üçün sərfəlidir Zelenski
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran və İsrail arasındakı yeni münaqişə dalğası Ukrayna üçün xüsusilə enerji və təhlükəsizlik baxımından əlavə risklər yaradır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Ölkə başçısı vurğulayıb ki, İsrailin İrana zərbələrinin nəticələri artıq nəzərə çarpır:
“Neftin qiyməti qalxıb və bu, Rusiya üçün sərfəlidir. İxrac qiymətinə məhdudiyyət tətbiq edilməsə, Rusiya Ukraynaya qarşı müharibə aparmaq üçün istifadə oluna biləcək əlavə mənfəət əldə edəcək”.
Zelensi Yaxın Şərqdə gərginliyin artması fonunda Qərbin Ukraynaya yardımını azaltmamasını istəyib.
“Amerika ilə İsrail arasında münasibətlərə kimsə qarşı çıxmır, lakin istərdik ki, bu səbəbdən Ukraynaya dəstək azaldılmasın. Sonuncu dəfə də bu məsələ yardımı ləngitmişdi. Bu isə faktdır”, - Zelenski əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 14 İyun 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















