Icma.az
close
up
RU
İran İsrail gərginliyi: səs yazısı yayıldı 5 ci nəsil müharibə taktikası başladı

İran İsrail gərginliyi: səs yazısı yayıldı 5 ci nəsil müharibə taktikası başladı

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 20-yə yaxın yüksək rütbəli komandiri ilə birbaşa əlaqə saxlayaraq, onları İranı tərk etməyə çağırması haqda məlumat yayılıb.

İddiaya görə, kəşfiyyat əməkdaşları generallara 12 saatlıq vaxt verərək ciddi xəbərdarlıq ediblər: əgər bu müddət ərzində ölkəni tərk etməsələr, onlar və ailə üzvləri məhv ediləcəklər. Hətta bu təhdidlərin yer aldığı səs yazısının da yayıldığı bildirilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, belə üsullar beynəlxalq kəşfiyyat təcrübəsində zaman-zaman istifadə olunur və məqsəd sadəcə qorxutmaq deyil:

“Bu, bir tərəfdən psixoloji təzyiq formasıdır. Digər tərəfdən isə MOSSAD qarşı tərəfə, yəni SEPAH rəhbərliyinə göstərmək istəyir ki, onların strukturu içərisində sızmalar var və İsrail onların hər addımından xəbərdardır. Bu da həm narahatlıq, həm də panika yaradaraq qarşı tərəfin koordinasiyasını pozmaq məqsədi daşıyır.

İsrail–İran qarşıdurmasının yeni fazası, xüsusilə 13 iyun tarixində İsrailin endirdiyi hava zərbələrindən sonra daha da dərinləşib. Həmin hücumlarda 20-yə yaxın SEPAH generalının və nüvə sahəsində çalışan alimin öldürüldüyü iddia olunur. Bu, İran siyasi və hərbi elitasında ciddi xof və təzyiq effekti yaradıb.

Kənan Novruzov

MOSSAD bu cür təhdidlərlə həm də bu qorxunu davam etdirmək, rəhbər strukturları psixoloji sarsıntıya salmaq və SEPAH daxilində etimadsızlıq yaratmaq istəyir. Bu üsullar, klassik hərbi müdaxilələrdən fərqli olaraq, hibrid müharibənin əsas komponentlərindən biri – kəşfiyyat və informasiya psixologiyası ilə bağlıdır”.

K.Novruzov deyib ki, hərbi əməliyyatlar səngisə belə, kəşfiyyat və informasiya savaşları dayanmayacaq:

“Əgər tərəflər arasında atəşkəs davamlı xarakter alsa, silahlı qarşıdurma azala bilər. Lakin görünməyən müharibə, yəni casusluq, dezinformasiya və psixoloji təzyiq əməliyyatları davam edəcək. Bu mərhələdə əsas hədəf sadəcə adam öldürmək yox, sistemləri dağıtmaq və inamı sarsıtmaqdır.

Hazırda baş verənlər, klassik müharibə yanaşmalarından çox, beşinci nəsil müharibə taktikalarının tətbiq olunduğunu göstərir. İsrail tərəfi SEPAH daxilindəki mümkün zəif bəndləri aşkara çıxarmağa, həm də potensial “çevrilməyə meylli” fiqurları ya ələ keçirməyə, ya da zərərsizləşdirməyə çalışır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 İyun 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri