Icma.az
close
up
RU
İran İsrail toqquşması Kim kimin TƏRƏFİNDƏDİR....

İran İsrail toqquşması Kim kimin TƏRƏFİNDƏDİR....

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyunun 13-nə keçən gecə İsrail İrana qarşı əməliyyata başlayıb. İsrail Hərbi Hava Qüvvələri İranda 100-ə yaxın hədəfi vurub. Zərbələr nəticəsində SEPAH komandiri Hüseyn Salami, Baş Qərargah rəisi Məhəmməd Baqiri və nüvə alimləri həlak olub.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, İsrail bütün qırmızı xətləri keçib və hazırda Tehranın cavab zərbəsi ilə bağlı heç bir məhdudiyyəti yoxdur.

İsrailin nüvə obyektlərinə hücumuna cavab olaraq İran silahlı qüvvələri iyunun 13-ü axşam saatlarında əməliyyat keçirib. İranın cavabı əsasən kütləvi raket atışlarından ibarət olub.

Hazırda dünyanın diqqəti İsrail-İran konfiliktinə yönəlib. Dünya ölkələri məsələ ilə bağlı öz reaksiyalarını veriblər.

Modern.az toqquşma ilə bağlı reaksiyalarını təqdim edir:

İsrail

İsrail Baş naziri Benyahmin Ntanyahu hücumdan sonrakı ilk açıqlamasında əsas məqsədin İsrail üçün təhlükəni aradan qaldırmaq olduğunu vurğulayıb: “İranda vurulan digər hədəflər arasında nüvə fizikləri də var. Bundan əlavə, Natanzda yerləşən uranın zənginləşdirilməsi obyektinə də hücum edilib. Fiziklər İran üçün nüvə bombası üzərində işləyirdilər”.

İran

İran İslam Respublikasının Ali Dini lideri Əli Xamenei İsrail cəzasız qalmayacağını deyib: "Sionist rejim bu gün səhər çağı öz şeytani, qana bulaşmış əlləri ilə əziz ölkəmizdə cinayət törədib. O rejim ağır cəzanı gözləməlidir. Allahın lütfü ilə İslam Respublikasının Silahlı Qüvvələrinin qüdrətli qolu onları cəzasız qoymayacaq. Sionist rejim bu cinayətlə özü üçün mütləq görəcəyi acı, ağrılı aqibət hazırlayıb”.

Türkiyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarını pisləyib.
“İsrailin qonşumuz İrana hücumları beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribatdır. Beynəlxalq ictimaiyyət indi qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna "dur" deməlidir", - Ərdoğan vurğulayıb.

NATO

NATO Baş katibi Mark Rutte də İsrailin İrana hücumuna münasibət bildirib. Rutte qeyd edib ki, ABŞ başda olmaqla müttəfiqlər gərginliyi azaltmalıdırlar:

"Açığı hadisələr sürətli şəkildə baş verib. Bu, İsrailin təktərəfli addımıdır. ABŞ da daxil olmaqla müttəfiqlərin gərginliyi azaltmaq üçün səy göstərmələri həyati əhəmiyyət daşıyır. Bu istiqamətdə çalışdıqlarını da bilirəm".

ABŞ

ABŞ Dövlət Departmentinin sədri Mark Rubio prioritetlərinin regiondakı Amerika qüvvələrini qorumaq olduğunu söyləyib: "Bu gecə İsrail İrana qarşı birtərəfli addım atdı. Biz İrana qarşı hücumlarda iştirak etmirik. Bizim əsas prioritetimiz regiondakı Amerika qüvvələrini qorumaqdır. Açıq deyim: İran ABŞ-ın maraqlarını və şəxsi heyətini hədəf almamalıdır”.

BMT

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterresin sözçüsü:

"Baş katib Yaxın Şərqdə istənilən hərbi eskalasiyanı pisləyir. O, xüsusilə İran və ABŞ arasında İranın nüvə proqramının statusu ilə bağlı danışıqların davam etdiyi bir vaxtda İsrailin İrandakı nüvə qurğularına hücumundan narahatdır. Baş katib hər iki tərəfi maksimum təmkin nümayiş etdirməyi xahiş edir, nəyin bahasına olursa olsun daha dərin münaqişəyə, regionun çətin ki, dözə bilməyəcəyi vəziyyətə düşməsin”.

Oman

"Oman bu hərəkəti Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasını ifadə edən təhlükəli, ehtiyatsız eskalasiya hesab edir. Bu cür aqressiv, israrlı davranış qəbuledilməzdir və regional sülh və təhlükəsizliyi daha da pozur. Oman Sultanlığı  gərginliyə və onun nəticələrinə görə İsraili məsul görür və beynəlxalq ictimaiyyəti bu təhlükəli hərəkət kursunu dayandırmaq üçün qəti və birmənalı mövqe tutmağa çağırır."


Beynəlxalq Atom Enerjisi Agentliyi

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi:

"Bütün tərəfləri vəziyyətin daha da gərginləşməməsi üçün maksimum təmkinli olmağa çağırıram. Bir daha təkrar edirəm ki, nüvə obyektlərinin təhlükəsizliyini təhlükə altına qoyan istənilən hərbi hərəkət İran xalqı, region və ondan kənarda ağır nəticələrə səbəb ola bilər.

Mən İranda vəziyyəti qiymətləndirmək, təhlükəsizliyi və nüvə silahlarının yayılmamasını təmin etmək üçün ən tez bir zamanda bu ölkəyə səfərə getməyə hazır olduğumu müvafiq orqanlara bildirdim”.

Almaniya

Almaniya kansleri Fridirix Merz: “Biz hər iki tərəfi vəziyyəti daha da gərginləşdirməməyə və bütün regionda sabitliyi poza biləcək addımlardan çəkinməyə çağırırıq”.

Fransa

Fransa xarici işlər naziri Jean-Noel Barrot: "Biz bütün tərəfləri təmkinli olmağa və regional sabitliyə xələl gətirə biləcək hər hansı eskalasiyadan qaçmağa çağırırıq. Biz dəfələrlə İranın nüvə proqramı ilə bağlı ciddi narahatlığımızı, xüsusilə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) bu yaxınlarda qəbul etdiyi qətnamədə ifadə etmişik. Biz İsrailin istənilən hücumdan özünü müdafiə etmək hüququnu bir daha təsdiqləyirik".

Çin

Çin xarici işlər nazirinin sözçüsü Lin Çian: “Çin İranın suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün pozulmasının əleyhinədir, ziddiyyətlərin güclənməsinə, münaqişələrin genişlənməsinə, regional vəziyyətin qəfil istiləşməsinə qarşıdır. Çin bütün maraqlı tərəfləri regional sülh və sabitliyi təşviq edən və gərgin vəziyyətin daha da gərginləşməsinin qarşısını alan daha çox işlər görməyə çağırır. Çin vəziyyətin yumşaldılmasında konstruktiv rol oynamağa hazırdır".

Avstraliya

Avstraliyanın xarici işlər naziri Penni Vonq: "Bu, onsuz da qeyri-sabit olan regionda sabitliyi daha da pozmaq riski daşıyır. Biz bütün tərəfləri gərginliyi daha da artıracaq hərəkətlərdən və ritorikadan çəkinməyə çağırırıq. Biz hamımız İranın nüvə və ballistik raket proqramının təhlükəsinin beynəlxalq sülhə,təhlükəsizliyə təhdid olduğunu anlayırıq. Tərəfləri dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq”.

Yaponiya

Yaponiya xarici işlər naziri Takeşi İvaya: “İranın nüvə probleminin sülh yolu ilə həllinə nail olmaq üçün davam edən diplomatik səylər, o cümlədən ABŞ və İran arasında danışıqlar fonunda hərbi gücdən istifadə çox təəssüf doğurur. Hökumət vəziyyəti gərginləşdirən bu hərəkəti qətiyyətlə pisləyir”.

Çexiya

Çexiya xarici işlər naziri An Lipavski: "İran uzun müddət beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyərək nüvə proqramını inkişaf etdirir. Eyni zamanda, İranın İsrail dövlətini məhv etməyə yönəlmiş ritorikası var. Biz görmüşük ki, son bir il yarımda  İsrailə qarşı irimiqyaslı ballistik və dron hücumu həyata keçirib".

Səudiyyə Ərəbistanı

“İsrailin beynəlxalq qanun və normaların açıq şəkildə pozulması, qardaş İran İslam Respublikasına, onun suverenliyinə və təhlükəsizliyinə xələl gətirən təcavüzünü kəskin pislədiyini bildirir”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:283
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyun 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri