İran İsrailə cavab vermək qərarına gəlib
Icma.az bildirir, Azvision portalına istinadən.
AzVision.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü İsmayıl Kövsəri yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu qərarı ötən həftə İranın Ali Milli Təhlükəsizlik Şurası verib.
Hökumət və yaxud başqa rəsmilərin “İran İsrailə cavab verməsin” demələri mümkündür. Lakin yekun qərar sözügedən qurum tərəfindən verilib.
Kövsəri deyib ki, İranın İsrailə hücum vaxtı silahlı qüvvələrin səlahiyyətindədir. Hücumun hansı səviyyədə həyata keçirilməsi İran Silahlı Qüvvələri tərəfindən müəyyən olunacaq.
İranlı deputat qeyd edib ki, İranın hərbi cavabı bölgədəki “müqavimət qüvvələri” ilə birlikdə həyata keçiriləcək.
Qeyd edək ki, 26 oktyabrda İsrail İranın Tehran, Xuzistan və İlam vilayətlərində hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb. İranın Havadan Müdafiə Qərargahı hava hücumuna reaksiya verdiyini, 4 hərbçisinin öldüyünü və məhdud şəkildə zərər dəydiyini bildirib.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

İran XİN: İsrailə cavab vermək hüququmuz var
20 Noyabr 2024 11:31
İsrailə cavab vermək hüququndan əl çəkməmişik İran XİN
20 Noyabr 2024 11:28
İran İsrailə cavab zərbəsinə hazırlaşır
24 Noyabr 2024 23:04
Qərblə Şərqin münaqişəsi: İran İsrailə cavab vermək üçün uyğun vaxtı gözləyir
04 Noyabr 2024 18:56