İran körfəzində Qətərin qazdaşıyan gəmisinə hücum edildi
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qətərin “Nakilat” şirkətinə məxsus “Al Mayeda” qazdaşıyan gəmisi Fars körfəzində hücuma məruz qalıb. Hadisə oktyabrın 30-da baş verib.
Modern.az xəbər verir ki, bu barədə gəminin sahibi olan şirkətin rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, gəmi Fars körfəzindən keçərkən naməlum obyektlərin hücumuna məruz qalıb. Hadisə nəticəsində ekipaj üzvləri xəsarət almayıb, ətraf mühitə hər hansı təhlükə qeydə alınmayıb.
“Nakilat” şirkətinin əməkdaşları hazırda vəziyyəti izləyir və gəmiyə dəymiş zərəri qiymətləndirirlər.
Qeyd edək ki, oktyabrın 21-də Oman sahillərində, Hörmüz boğazı yaxınlığında başqa bir tanker də naməlum mərminin hücumuna məruz qalmışdı. Hadisədən sonra gəmidə baş verən yanğın söndürülmüşdü. Bu insidentdən sonra Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) bölgədə hərəkət edən gəmilərə ehtiyatlı olmağı tövsiyə etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 01 Noyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















