Icma.az
close
up
RU
“İran məsələsində nə Trampın ultimatumu, nə də ani hərbi ssenarilər real çıxış yolu deyil...”

“İran məsələsində nə Trampın ultimatumu, nə də ani hərbi ssenarilər real çıxış yolu deyil...”

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Əgər Tramp doğrudan da İran xalqının taleyinə həssas yanaşdığını iddia edirsə, ilk növbədə ABŞ-ın tətbiq etdiyi sanksiyaların sadə insanların gündəlik həyatına nə qədər ağır zərbə vurduğunu açıq şəkildə etiraf etməlidir...”

“ABŞ dünyanın “hakimi” deyil və heç bir ölkəyə insan haqları pozuntularını əsas gətirərək ultimatum vermək səlahiyyətinə malik deyil...”

“Əgər bu həssaslıq doğrudan da prinsipial olsaydı, eyni münasibət Fələstin və Ukrayna məsələlərində də açıq və ardıcıl şəkildə nümayiş etdirilməli idi...”

Xəbər verildiyi kimi, İranda molla rejiminə qarşı kütləvi xalq etirazları başlandıqdan sonra ABŞ prezidenti D.Tramp ultimatum verdi ki, “əgər İran dinc etirazçılara zorakılıqla atəş açsa və onları öldürsə,- hansı ki, bu onların adətidir,- ABŞ etirazçıların köməyinə gələcək. Biz ora getməyə tam hazırıq...” Artıq son nəlumatlara görə, baş verən genişmiqyaslı etirazlar nəticəsində ən azı 20 nəfər həyatını itirib, ötən günlər ərzində ümumilikdə 51 nəfər yaralanıb. "Human Rights Activists News Agency" (HRANA) bildirib ki, yaralananların əksəriyyəti rezin güllələr və odlu silah qəlpələrindən zərər görüb. Etirazçılardan 990 nəfər saxlanılıb. İnsan hüquqları müdafiəçiləri hesab edirlər ki, həqiqi rəqəm bundan çox ola bilər. Son 8 gün ərzində etirazlar ən azı 222 yaşayış məntəqəsində baş tutub. Bütün bunlara rəğmən başı hələlik Venesuelaya qarışmış ABŞ liderindən İranla bağlı sözügedən bəyanatına uyğun olaraq hər hansı bir addım atılmayıb. Görəsən,  bu, Trampın növbəti populist çıxışıdır, yoxsa bunun ardınca doğrudan da Venesualadakı kimi qısa müddətə olmasa da, Amerika xüsusi qüvvələrinin İran hakimiyyətində ciddi dəyişikliyə nail olunması üçün hansısa gizli bir əməliyyatı gözlənilir?..

Mövzu ilə bağlı Moderator.az- a açıqlamasında ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli bu fikirləri ifadə edib:

 “ABŞ prezidenti Donald Trampın İranla bağlı son bəyanatları ilk baxışdan humanist və prinsipial mövqe təsiri bağışlasa da, məsələni bir qədər dərindən təhlil etdikdə bunun belə olmadığı aydın görünür. Tramp üçün İran mövzusu atom zənginləşdirmə məsələsi və Israildən ötrü onsuz da gündəmdədir. İranda kütləvi etirazlar olsun- ya olmasın, İran Tramp administrasiyasının hədəf siyahısında hər zaman yer alıb. Sadəcə, hazırkı etirazlar onun mövcud niyyətlərini müəyyən qədər legitimləşdirmək və əsaslandırmaq üçün əlavə fon yaradır. Bununla belə, Vaşinqton çox yaxşı anlayır ki, indiki mərhələdə İrana birbaşa hərbi müdaxilə zamanlama baxımından ciddi risklər daşıyır. Xarici hücum ehtimalı İran daxilində milli birliyi gücləndirə, rejimə qarşı yönəlmiş narazılığı zəiflədə bilər...

Əgər Tramp doğrudan da İran xalqının taleyinə həssas yanaşdığını iddia edirsə, ilk növbədə ABŞ-ın tətbiq etdiyi sanksiyaların sadə insanların gündəlik həyatına nə qədər ağır zərbə vurduğunu açıq şəkildə etiraf etməlidir. Humanist mövqe yalnız bəyanatlarla deyil, konkret addımlarla ölçülür. Əgər məqsəd İran xalqına dəstəkdirsə, onda bu embarqoların ən azı humanitar təsirlərinin azaldılması istiqamətində real addımlar atılmalıdır. Əks halda bu cür çıxışlar inandırıcı görünmür.

Reallıq isə ondan ibarətdir ki, Trampın bu məsələdə səmimi olduğu fikri zəifdir. ABŞ dünyanın “hakimi” deyil və heç bir ölkəyə insan haqları pozuntularını əsas gətirərək ultimatum vermək səlahiyyətinə malik deyil. İnsan haqları ilə bağlı narahatlıq ifadə etmək olar, amma hərbi təhdid dili tamamilə başqa məqsədə və məntiqə xidmət edir. Əgər bu həssaslıq doğrudan da prinsipial olsaydı, eyni münasibət Fələstin və Ukrayna məsələlərində də açıq və ardıcıl şəkildə nümayiş etdirilməli idi.

Digər tərəfdən, İranın mövcud rejiminin yanlış və iflasa uğramış siyasət yürütməsi də yeni məsələ deyil. Molla rejimi uzun illər öncə ciddi və dərin islahatlara getməli idi, lakin bunu etmədi. Bu baxımdan belə bir sual haqlıdır: artıq gec deyilmi? Bəlkə də rejimin hələ bir şansı daha var. Çünki İranda təşkilatlanmış, vahid və aydın siyasi proqramı olan müxalifət yoxdur. Rejimdən narazı böyük kütlələr mövcuddur, amma bu kütlələri birləşdirən konkret siyasi məqsəd yoxdur. Sabah aydın şəkildə rejim dəyişikliyi ilə dövlətin parçalanması arasında fərqi ortaya cıxaran bir siyasi hədəf meydana gəlsə, həmin kütlələrin daxilində ciddi mövqe dəyişiklikləri baş verə bilər. İranın parçalanması ilə rejim dəyişikliyi eyni şey deyil - bu fərq aydınlaşdığı an, çoxları mövqeyini yenidən düşünəcək... 

Bütün bu mənzərədə ABŞ-ın İran siyasətində əsas məqsədin insan haqları deyil, geo-siyasi balans olduğu getdikcə daha açıq görünür. Vaşinqton üçün İran məsələsi daxili repressiyalardan daha çox, regional nüfuz, enerji marşrutları və böyük güclər arasındakı rəqabət prizmasından dəyərləndirilir. Çin və Rusiyanın Yaxın Şərqdə və Avrasiyada artan təsiri fonunda İran ABŞ üçün təkcə “problemli rejim” deyil, həm də nəzarət altına alınmalı strateji məkan kimi qəbul edilir. Bu kontekstdə Trampın bəyanatları daha çox güc nümayişi və daxili auditoriyaya hesablanmış siyasi mesaj təsiri bağışlayır.

Bu prosesdə İsrail amilini də ayrıca qeyd etmək lazımdır. ABŞ-ın İrana qarşı sərt ritorikası və təzyiq siyasəti təkcə Vaşinqtonun öz strateji hesablamalarından deyil, eyni zamanda İsrailin təhlükəsizlik maraqlarına xidmət edən xəttdən qaynaqlanır. İsrail üçün İranın zəiflədilməsi – istər regional təsirin azaldılması, istərsə də hərbi potensialının məhdudlaşdırılması baxımından – prioritet məsələdir. ABŞ isə Yaxın Şərqdə əsas müttəfiqi olan İsrailin təhlükəsizliyini təmin etmək naminə İran məsələsində daha aqressiv mövqe tutur. Bu da bir daha göstərir ki, Tramp administrasiyasının İrana dair çıxışları humanitar narahatlıqlardan çox, müttəfiqlərin maraqları və güc balansı üzərində qurulub...

Digər tərəfdən, xarici müdaxilələrə bağlanan “sürətli dəyişiklik” illüziyası regionun əvvəlki təcrübələri ilə uyğun gəlmir. İraq, Liviya və Suriya nümunələri göstərdi ki, rejimin devrilməsi avtomatik olaraq azadlıq, sabitlik və rifah gətirmir. Əksinə, institusional (müəssisəvi) boşluq, silahlı qruplaşmaların güclənməsi və uzunmüddətli xaos ehtimalı artır. İran kimi mürəkkəb etnik, məzhəbi və sosial struktura malik bir ölkədə bu risklər daha da dərinləşə bilər. Bu səbəbdən “xaricdən həll” - daha dəqiq desək, ABŞ-dan həll - ideyası nə realist, nə də məsuliyyətli görünür. 

Nəticə etibarilə, İran məsələsində nə Trampın ultimatumu, nə də ani hərbi ssenarilər real çıxış yolu təklif edir. Çıxış yolu yalnız daxili islahatlara məcbur edən, lakin eyni zamanda ölkənin ərazi bütövlüyünü və regional sabitliyi riskə atmayan yanaşmadan asılıdır. Beynəlxalq ictimaiyyət üçün əsas vəzifə İranı parçalamaq deyil, onu məsuliyyətli dəyişikliklərə sövq etmək olmalıdır. Əks halda, bu gün İran üzərindən qurulan riskli oyunlar sabah bütün region üçün nəzarətdən çıxan nəticələr doğura bilər...

Nəhayət, İranın bir dövlət kimi parçalanması təkcə bu ölkənin özü üçün deyil, bütövlükdə region üçün fəlakətli nəticələr doğura bilər. Türkiyə, Azərbaycan, Əfqanıstan, Pakistan və digər qonşu ölkələr üçün bu ssenari ciddi təhlükəsizlik, etnik və geo-siyasi risklər yaradar. Bu səbəbdən məsələni yalnız “rejim əleyhinə etirazlar” prizmasından deyil, regional sabitlik və uzunmüddətli nəticələr kontekstində dəyərləndirmək zəruridir...”

Təqdim etdi:

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Yanvar 2026 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri