Icma.az
close
up
RU
İran millisi 2026 cı il dünya çempionatından imtina etdi

İran millisi 2026 cı il dünya çempionatından imtina etdi

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Yaxın Şərqdə alovlanan genişmiqyaslı münaqişə fonunda İranın idman naziri Əhməd Donyamali milli komandanın bu yay ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatında iştirak etməyəcəyini bəyan edib. Bu qərar fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hava hücumları və İslam Respublikasının buna cavab olaraq İsrailə, eləcə də Fars körfəzi və qonşu ölkələrə raket və dron zərbələri endirməsindən sonra qəbul edilib.

Oxu.Az-ın xəbərinə görə, nazirin bu barədə səsləndirdiyi fikirləri "TV2" telekanalı yayımlayıb.

"Hökumət liderimizi qətlə yetirdikdən sonra dünya çempionatına qatılmaq üçün heç bir zəmin qalmayıb. İrana qarşı törədilən vəhşi hücumları - cəmi səkkiz-doqquz ay ərzində iki müharibənin baş verməsini və minlərlə həmvətənimizin həyatını itirməsini nəzərə alsaq, mövcud şəraitdə turnirdə iştirak etmək imkanımız xaricindədir", - deyə Donyamali vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Katz İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbələr endirdiyini elan edib. "Şir nərəsi" adı verilən hərbi əməliyyat çərçivəsində İranın paytaxtı Tehran da daxil olmaqla, iri şəhərləri hədəfə alınıb. Gərginliyin artması ilə hər iki ölkə öz hava məkanını uçuşlar üçün bağlayıb. Ardınca ABŞ prezidenti Donald Tramp Vaşinqtonun da İrana qarşı hərbi əməliyyatlara qoşulduğunu təsdiqləyib. Pentaqon tərəfindən bu əməliyyat "Epik Qəzəb" adlandırılıb. Buna cavab olaraq İran tərəfi İsrail ərazisinə onlarla ballistik raket atıb.

Bununla yanaşı, İran Yaxın Şərqdə - Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən Amerika hərbi bazalarına da pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib. Hazırda bu dövlətlərin, həmçinin İsrail və Türkiyənin hava məkanında uçuşlar dayandırılıb. İslam Respublikası öz əməliyyatına "Əsl Vəd 4" adını verib. Yaxın Şərqdə başlayan bu genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində artıq 1300-dən çox insan həyatını itirib. Qurbanların böyük əksəriyyəti İran vətəndaşları olsa da, həlak olanlar arasında Bəhreyn, İsrail, Küveyt, Livan və BƏƏ sakinləri, eləcə də bir neçə Amerika hərbçisi də var.

Qeyd edək ki, martın 1-də İslam Respublikasının dövlət televiziyası ölkənin Ali Rəhbəri Əli Xameneinin öldürüldüyünü rəsmən açıqlayıb. Həmçinin, Ayətullah Əli Şamxaninin müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri Məhəmməd Pakpur və müdafiə naziri Əziz Nəsirzadə kimi bir sıra yüksək rütbəli İran hərbi rəsmilərinin də həlak olduğu təsdiqini tapıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Mart 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri