İran millisindən Trampın fikirləri ilə bağlı bəyanat
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran milli komandası ABŞ prezidenti Donald Trampın onların dünya çempionatında iştirakının arzuolunmaz olması ilə bağlı şərhlərindən sonra bəyanat yayıb.
QOL.az milli komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bəyanatda bildirilir:
"Dünya çempionatı tarixi beynəlxalq tədbirdir və onu hər hansı bir ölkə deyil, FİFA təşkil edir. İran milli komandası da bu turnirə tam haqlı olaraq və ardıcıl qələbələr sayəsində vəsiqə qazanan ilk komandalardan biri olub.
Əlbəttə ki, heç kim İran milli komandasını dünya çempionatından kənarlaşdıra bilməz. Əksinə, sadəcə ev sahibi tituluna sahib olan, lakin bu tədbirdə iştirak edən komandaların təhlükəsizliyini təmin etmək qabiliyyətinə malik olmayan ölkə yarışdan kənarlaşdırılmalıdır".
Xatırladaq ki, daha əvvəl İranın idman naziri Əhməd Dünyamalı müharibə şəraitində milli komandanın dünya çempionatında iştirakının mümkünsüz olduğunu açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 13 Mart 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















