Icma.az
close
up
RU
Rubio Trampın Qəzza ilə bağlı söylədiyi fikirləri müdafiə edib

Rubio Trampın Qəzza ilə bağlı söylədiyi fikirləri müdafiə edib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio iddia edib ki, prezident Donald Tramp fələstinliləri zorla köçürmə və Qəzzanı “ələ keçirmə” planı ilə regionun yenidən qurulmasına töhfə verə biləcək ölkələri “səfərbər etməyə” çalışır.

Bizimyol.info xəbər verir ki, Rubio Latın Amerikası ölkələrinə səfərinin son dayanacağı olan Dominikan Respublikasında prezident Luis Abinader ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.

Trampın Qəzzada fələstinliləri zorla köçürmə planına gəlincə, Rubio bildirib ki, Qəzza təkcə dağıntılar deyil, həm də partlamamış bombalar səbəbindən “yaşanacaq” yer deyil.

Rubio: "Bütün bunların təmizlənməsi lazımdır. Düşünürəm ki, prezident Tramp bu həllin bir parçası olmağı təklif edib. Əgər başqa bir ölkə bu məsuliyyəti öz üzərinə götürmək istəsə, bu, əla olar. Amma deyəsən, heç kim bu məsələdə irəli çıxmaq istəmir", - deyə o qeyd edib.

Fələstinlə bağlı narahatlıqlarını ifadə edən bir çox ölkə olduğunu, lakin bu günə qədər heç bir konkret addım atılmadığını ifadə edən Rubio: "Düşünürəm ki, prezident Tramp müəyyən iqtisadi və texnoloji potensiala malik ölkələri münaqişədən sonrakı bölgəyə töhfə vermək üçün səfərbər etməyə çalışır", - deyib.

Rubio fələstinlilərin öz evlərinə qayıda bilməyəcəyi ilə bağlı suala Qəzzanın yenidən qurulması üçün insanların “müvəqqəti olaraq başqa yerdə yaşamalı” olduğunu söyləyərək cavab verib. Nazir Panamanın ABŞ Dövlət Departamentinin "hökumət gəmiləri artıq Panama kanalından heç bir ödəniş etmədən keçə bilər" bəyanatını təkzib etməsinə də münasibət bildirib.

Rubio, ABŞ-ın Panama kanalı ilə bağlı gözləntilərini Panamaya açıq şəkildə bildirdiyini deyib.

"Birləşmiş Ştatların Panama kanalını hücum halında qorumaq üçün müqavilə öhdəliyi var. Bu öhdəlik xüsusilə ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən yerinə yetirilməlidir. Münaqişə zamanı mühafizəsinə cavabdeh olduğumuz bölgədən keçmək üçün pul ödəməyimiz fikrini absurd hesab edirəm.

Bunlar bizim gözləntilərimizdir. Bu gözləntilər danışıqlarda açıq şəkildə ifadə olundu", - deyə dövlət katibi bildirib.

Rubio bəyan edib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) planları ilə bağlı öz milli maraqlarına uyğun olaraq xarici yardımı davam etdirəcək.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında ABŞ-ın Qəzza zolağının “nəzarətə götürüləcəyini” və oradakı partlamamış bombaların və digər silahların çıxarılmasına və dağılmış binalardan qurtulmasına cavabdeh olacağını bildirib.

Qəzzanın indi tamamilə dağıdıldığına diqqət çəkən Tramp, Qəzzadakı fələstinlilərin qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada tikiləcək yeni qəsəbələrə getmələrinin çox daha yaxşı olacağını bildirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Fevral 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri