Icma.az
close
up
RU
“İran mollaları İslamı təhrif edirlər” KONKRET

“İran mollaları İslamı təhrif edirlər” KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Quranın və azanın özünəməxsus, xüsusi oxunuş tərzi, avazı və məqamları var. Yalnız bu məqamlar üzrə qiraət və tilavət edilə bilər. Bu məqamlar da əsasən ərəb dilinin zənginliyi üzərində bərqərardır. Qiraət alimləri Quranı və əzanı ərəbcədən fərqli dildə oxumayıblar. İslam fəqihləri, üsul alimləri də Quranın yaxud əzanın həmin məqamlarla başqa dillərdə avazla oxunmasını təqdir etməyiblər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan səsləndirib

“Mətn kimi, dərs zamanı yaxud kiməsə mənasını anlatmaq üçün oxuna bilər. Lakin ayin və ibadətin parçası kimi oxuna bilməz. Xüsusən, ehtiyac olmadığı yerdə, rişğənd obyektinə çevriləcək dərəcədə bunu icra etmək hətta haram da sayıla bilər. Əgər Çin əhalisi İslamı qəbul edərsə, azanı öyrənməlidir. Yoxsa azanı Çin dilində oxumağa lüzum yoxdur. Ola bilər ki, İranın Çinlə uzunillik müqavilələri, müttəfiqliyi var. Lakin dini ayinləri, ibadət rəmzlərini siyasətə alət etmək günahdır. Hətta vaxtilə Türkiyədə əzanın türk dilində oxunmasına cəhd olunub, lakin bu effektiv olmayıb, sonra tərk edilib”.

İlahiyyatçının sözlərinə görə, elə dualar, mətnlər var ki, onun orijinallığı qorunmalıdır.

“Başqa dildə o zaman oxuna bilər ki, həmin bölgədə orijinaldan oxuya bilən bircə adam da olmuş olmasın. Yoxsa məsciddə, öz dil bilgisini nümayiş etdirmək üçün Çin dilində əcaib, qəraib şəkildə oxumaq, digərlərinin də gülüşünə, rişğəndinə şərait yaratmaq hətta harama qədər gedib çıxa bilər. Mərsiyyə, nohə, münacat və duaların digər dillərdə oxunmasına maneə yoxdur. Lakin namaz, azan, Quranın məqamlarla qiraəti yalnız orijinal üsulda oxunmalıdır. İranın rejim mollaları təəssüf ki, İslamı təhrif və təhqir etməkdə davam edirlər. Bu, şüubiyyə davamçılarının İslam pərdəsi altında öz ideoloji təbliğatları üçündür. Rejimin davamlı olaraq İslamın orijinallığına xələl gətirdiyinə görə dünyadakı müsəlman alimlər bildiyi öz etirazını ifadə etməlidir”.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Noyabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri