İran müharibənin bitməsi üçün altı şərt irəli sürüb “Əl Məyadin”
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik rəsmisi “Əl-Məyadin” telekanalına açıqlamasında bildirib ki, rəsmi Tehran ABŞ və İsrailə qarşı “müdafiə müharibəsi” çərçivəsində əvvəlcədən hazırlanmış, çoxmərhələli strategiya həyata keçirir.
Yeniavaz.com xəbər verir ki, mənbənin sözlərinə görə, bu plan bir neçə ay əvvəl hazırlanıb və hazırda “yüksək strateji səbir” prinsipi ilə icra olunur. Rəsmi iddia edib ki, bölgədə ABŞ və İsrailin hava hücumundan müdafiə sistemləri və radar infrastrukturu zərərsizləşdirildikdən sonra İran artıq İsrailin hava məkanı üzərində “tam nəzarətə” malikdir.
Açıqlamada qeyd olunub ki, ABŞ-İsrail qüvvələrinin infrastruktur və strateji obyektlərə hücumlarından sonra Tehran yaxın perspektivdə atəşkəs gözləmir. Rəsmi əlavə edib ki, İran “artan hərbi üstünlüyünü” nəzərə alaraq, “təcavüzkarı cəzalandırmaq” siyasətini davam etdirəcək və Donald Trump administrasiyasına “tarixi dərs” vermək niyyətindədir.
Məlumata görə, regiondakı bir sıra tərəflər və vasitəçilər Tehrana müharibənin dayandırılması ilə bağlı təkliflər təqdim etsə də, İran hər hansı razılaşmadan əvvəl yerinə yetirilməsini tələb etdiyi şərtləri açıqlayıb.
Rəsmi Tehranın irəli sürdüyü əsas şərtlər bunlardır:
- Müharibənin yenidən başlamamasına zəmanət verilməsi
- Bölgədəki ABŞ hərbi bazalarının bağlanması
- İrana kompensasiyanın ödənilməsi
- Regional münaqişələrin tam dayandırılması
- Hörmüz boğazı üçün yeni hüquqi çərçivənin yaradılması
- İrana düşmən hesab edilən media nümayəndələrinin ekstradisiyası
Bu mövzuda digər xəbərlər:Netanyahu Qəzzada müharibənin bitməsi üçün 5 şərt irəli sürüb
10 Avqust 2025 21:02
Müharibənin bitməsi üçün 3 şərt irəli sürdü
24 Mart 2026 09:12
Müharibənin bitməsi üçün 6 ŞƏRT
22 Mart 2026 11:30
İran müharibənin bitməsi üçün ABŞ yə 3 şərt açıqladı
19 Sentyabr 2026 19:54
İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb
20 Sentyabr 2026 08:14
Baxış sayı:171
Bu xəbər 22 Mart 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















