İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 20 sentyabr, AZƏRTAC
İranın danışıqlara başlamaq üçün irəli sürdüyü yeddi şərti ABŞ hökumətinə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu məlumatı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai X-dəki hesabında paylaşıb. O qeyd edib ki, ABŞ özünü çətin vəziyyətdən çıxarmaq üçün İranın şərtlərini və hüquqlarını qəbul etməkdən başqa seçimə malik deyil.
"Tehranın mesajı aydındır. İranın irəli sürdüyü yeddi şərt ABŞ hökumətinə çatdırılıb", - deyə Rezai bildirib.
Yeri gəlmişkən, ABŞ-İran danışıqlarında vasitəçi ölkə olan Pakistanın daxili işləri naziri Möhsün Naqvin Tehrana səfər edəcək. İran rəsmiləri görüşdə ikitərəfli münasibətlərin müzakirə ediləcəyini bildirsələr də, nazirin ABŞ-dən hər hansı bir mesajı gətirməsinə dair məlumat paylaşmayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 20 Sentyabr 2026 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















