İran neft bazarında şok: Tankerlər boş qaldı
Icma.az, Moderator.az saytına istinadən bildirir.
2026-cı ilin sentyabr ayında İran heç bir tankeri neftlə yükləməyib. Bu, Tehran və Vaşinqton arasında münaqişə başlanandan bəri qeydə alınan ilk belə haldır.
Moderator.az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.
Agentliyin ilkin göstəricilərinə, eləcə də "Kpler" və "Vortexa" analitik xidmətlərinin məlumatlarına əsasən, sentyabrda İran tankerlərinə neft vurulması avqust ayındakı sutkada təxminən 250 min barellik göstərici ilə müqayisədə sıfıra enib.
"Bloomberg" qeyd edir ki, fevralın 28-də başlayan münaqişənin dayandırılması ilə bağlı ABŞ və İran arasında gedən danışıqlar, o cümlədən Hörmüz boğazına nəzarət məsələsinə görə uzanır. Agentlik bu həftənin əvvəlində bildirmişdi ki, İran rəsmiləri noyabrda ABŞ-də keçiriləcək aralıq seçkiyə qədər razılaşmanın əldə olunması perspektivlərini bədbin qiymətləndirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 01 Oktyabr 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















