Icma.az
close
up
RU
Boğazda tıxac Tankerlər

Boğazda tıxac Tankerlər

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxın Şərqdə gərginliyin artması Fars körfəzində gəmiçilik üçün ciddi problemlər yaradıb, burada keçən həftədən bəri təxminən 1 000 gəmidən ibarət tıxac yaranıb.

Bu barədə “S&P Global” bazar iştirakçılarına istinadən bildirir.

Gəmi sahibləri regiondakı narahat vəziyyətə görə tranziti yalnız gündüz vaxtı ilə məhdudlaşdırırlar, eyni zamanda qlobal naviqasiya sistemləri və rabitə vasitələrinin işində yaranan maneələr gəmilərin toqquşma riskini artırır.

Hazırda rəsmi şəkildə boğaz tam bağlanmasa da, real zamanlı gəmi izləmə məlumatlarına görə artıq bir neçə böyük neft tankeri təhlükəsizlik səbəbilə istiqamətini dəyişərək “U”dönüşü edib. Bu isə qlobal enerji tədarükü üçün həyati əhəmiyyət daşıyan dəniz yolunun praktiki olaraq risk zonasına çevrildiyini göstərir.

MarineTraffic platformasının məlumatlarına əsasən, 6 iri neft tankeri Hörmüz Boğazına daxil olmadan əvvəl istiqamətini dəyişərək geri dönüb. Eyni davranış Panama, Norveç, Cənubi Koreya və Böyük Britaniya bayrağı altında üzə digər tankerlərdə də müşahidə olunur. Bəzi gəmilər U-dönüş etdikdən sonra bir neçə gün sonra yenidən boğaza yaxınlaşıblar

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası artıq Hürmüz boğazının bağlanması təklifini gündəmə gətirib. Lakin son qərar ölkənin Milli Təhlükəsizlik Ali Şurasına aiddir. Belə bir qərar yalnız regionu deyil, bütün dünyanı iqtisadi baxımdan silkələyə bilər.

Hörmüz boğazı dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 30 faizini təmin edir. Gün ərzində 20 milyon barelə yaxın neft və neft məhsulları bu dar sulardan keçərək əsasən Asiya bazarlarına (xüsusilə Çinə) göndərilir.

İranın öz neft ixracının əsas hissəsi bu boğaz üzərindən həyata keçirilir. Eləcə də İraqın 85,  Səudiyyə Ərəbistanın 35, BƏƏ-nin 20 fazilik neft tədarükü buradan keçir.

Təkcə neft deyil, qaz bazarı da bu boğazdan asılıdır. Qətərdən çıxan mayeləşdirilmiş təbii qazın (LNG) 20 faizi bu yol ilə hərəkət edir. Qətərin LNG ixracının 87 faizi Asiyaya, 13 faizi isə Avropaya gedir. Beləliklə, Hürmüz təkcə Orta Şərq üçün deyil, Avropa və Asiya üçün də enerji təhlükəsizliyinin “nəbz nöqtəsi” sayılır.

Tankerlərin geri qayıtması və riskin artması artıq qlobal bazarlarda dalğalanma yaratmağa başlayıb. Brent neftinin qiyməti son iki gün ərzində artmaqda davam edir və bir çox analitiklər əgər vəziyyət davam edərsə, qiymətin 100 dolları keçə biləcəyini istisna etmirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyun 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri