İran neft oğurluğunda ittiham olunur
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İrana qonşusu İraq tərəfindən neft oğurluğu iddiaları irəli sürülüb.
Publika.az xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani dünən İraq parlamentində keçirilən iclasda İraq Kürdüstanından neft ixracı ilə bağlı məsələlərə toxunub.
O, daxili ehtiyaclar üçün istifadə edilən neftlə yanaşı, xaricə, xüsusilə də İrana qaçaqmalçılıq yolu ilə təxminən 50 min barel neftin gətirildiyini iddia edib:
“Bu vəziyyət dövlətə qarşı hörmətsizlik həddinə çatıb və neftin böyük hissəsi qonşu İran vasitəsilə satıldığı üçün beynəlxalq sanksiyalarla üzləşib. Mənim ofisim Xarici İşlər Nazirliyinə məktub yazıb və onlar da İran ilə əlaqə saxlayıb. Bu hal suveren hüquqların pozulması kimi qiymətləndirilir. Bu əməliyyat yalnız SOMO şirkəti vasitəsilə həyata keçirilməlidir”.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 06 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















