Qazaxıstan bankları insan oğurluğunda ittiham olunur
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Qazaxıstan bankları - Kaspi Bank, Forte Bank, Avrasiya Bankı və Alatau City Bank Akmola vilayəti prokurorluğunun insan oğurluğunda iştiraklarına dair ittihamlarına cavab verib.
Teleqraf xəbər verir ki, banklar keçmiş və ya indiki işçilərinin cinayət əməlində iştiraklarına dair bu günə qədər prokurorluqdan bildiriş almadıqlarını bəyan ediblər.
"İşçilərin adam oğurluğu cinayətində hər hansı iştiraklarına dair əlimizdə heç bir fakt yoxdur" - deyə, məlumatda bildirilir.
Sentyabrın 2-də prokurorluğun müstəntiqləri bildiriblər ki, həmyerlilərini oğurlayaraq onları kredit götürməyə məcbur edən mütəşəkkil cinayətkar qruplaşmalar bank işçiləri ilə sövdələşiblər. Artıq bu işlə bağlı 25 nəfər həbs edilib.
Bank rəhbərləri vurğulayıblar ki, iddiaları təsdiqləyən rəsmi sənədlər olsa, istintaqla əməkdaşlıq edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 04 Sentyabr 2025 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















