Icma.az
close
up
RU
İran niyə susur?

İran niyə susur?

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

İllərdir rəsmi Bakını "sionizmin dostu" adlandırıb, qonşu dövlətin sərhədlərini "qırmızı xətt" elan edən İranın səsi-küyü hara yoxa çıxıb? Hər vəchlə regionda kənar qüvvələrin varlığına qarşı çıxdığını iddia edən Tehran niyə birdən-birə lal, kar və kor olub?
Məsələ Ermənistandakı son proseslər, xüsusən də Marco Rubionun səfəri və ABŞ-nin bu ölkədə möhkəmlənməsidir. 
Azərbaycanın ən kiçik addımını "İsrailin barmağı" kimi qələmə verib hədə-qorxu gələn mollakratiya rejimi, indi burnunun ucunda ABŞ bayrağının dalğalanmasına sanki razıdır. 
Reallıq budur ki, Ermənistan indi Qərbin Cənubi Qafqazdakı forpostuna, İranla həmsərhəd olan yeni hərbi-siyasi dayaq nöqtəsinə çevrilir. Amma Tehranın propaqanda maşını "neytralda" işləyir.
Bəs bu sükutun səbəbi nədir? Cavab sadədir. İranın "qırmızı xətləri" yalnız Azərbaycana qarşı işləyir. İrəvanın ABŞ-nin hərbi təlimlərinə ev sahibliyi etməsi, Vaşinqtondan gələn emissarları yüksək səviyyədə qarşılaması Tehranı narahat etmir. Çünki onların məqsədi regionun təhlükəsizliyi deyil, yalnız Azərbaycanın güclənməsinin qarşısını almaqdır.
Ermənistan açıq şəkildə İranı aldadır və ya İran bu aldanışa könüllü şəkildə razı olur. ABŞ-İran qarşıdurmasının ən pik həddində belə, Ermənistanın Qərbə qucaq açması Tehranın ideoloji sütunlarını darmadağın edir. "Böyük şeytan" dedikləri Amerika artıq İranın sərhədindədir, həm də "bacı" dedikləri Ermənistanın əli ilə.

İranın bu iflas etmiş siyasəti bir daha sübut edir ki, bütün o "din qardaşlığı" və "regionun maraqları" söhbətləri sadəcə görüntü idi. Ermənistanın ABŞ poliqonuna çevrilməsinə susanlar, əslində öz strateji məğlubiyyətlərini imzalayırlar. Budur sizin reallığınız. Qonşuda Amerika ordusunun izini görməyəcək qədər gözünüz kor olubsa, deməli, hədəfiniz Ermənistanın müstəqilliyi yox, Azərbaycanın uğurlarına olan nifrətinizdir.
Tehran hələ də susur. Amma bu sükut artıq razılıq deyil, acizlik əlamətidir. Ermənistan isə Qərbə satılmaqla həm də İranın bölgədəki illüziyalarını dəfn edir.
Kənan
Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 May 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri