İran nüvə obyektlərinə BAEA əməkdaşlarının girişini məhdudlaşdırıb
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran İslam Respublikası ABŞ və İsrailin bu ölkəyə hücumlarına cavab olaraq, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələrinin nüvə obyektlərinə girişinə məhdudiyyətlər tətbiq edib.
Moderator.az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.
XİN rəsmisi mətbuat konfransı zamanı bildirib:
"Qərb dövlətlərinin irəli sürdüyü tələblər tamamilə əsassızdır. Çünki BAEA-nın nüvə obyektlərinə buraxılmaması birbaşa olaraq ABŞ və İsrailin İranın nüvə mərkəzlərinə qarşı yönəlmiş cinayətkar və təcavüzkar əməllərinin nəticəsidir".
İ.Bəqayinin sözlərinə görə, Avropa ölkələrinin İranın nüvə dosyesini yenidən BMT Təhlükəsizlik Şurasının (TŞ) müzakirəsinə çıxarmaq cəhdləri onların ötən payızda beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının sanksiyalarının bərpa edilməsi ilə bağlı verdikləri bəyanatlarla ziddiyyət təşkil edir:
"Bu vəziyyət qeyd olunan mexanizmin (BMT TŞ-nin sanksiyalarının bərpası üzrə "snapback" mexanizmi nəzərdə tutulur) qanunsuz olması və tətbiqinin mümkünsüzlüyü barədə İran, Rusiya və Çinin tutduğu mövqeyin doğruluğunu sübut edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 07 Sentyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















