İran Pakistan Əfqanıstan gərginliyinə vasitəçilik təklif etdi
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran hökuməti Pakistan və Əfqanıstan arasında son günlər artan gərginliyin azaldılmasına kömək etməyə hazır olduğunu bəyan edib.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Press TV yayıb.
Bildirilir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu mövqeyini bazar günü pakistanlı həmkarı Məhəmməd İşaq Dar ilə telefon danışığı zamanı ifadə edib.
Nazir qeyd edib ki, Tehran hər iki ölkə arasında baş verən sərhəd toqquşmalarından sonra yaranan vəziyyətin normallaşması üçün vasitəçi rolunu oynamağa hazırdır.
Əraqçi həmçinin gərginlikdən narahatlığını bildirib və tərəfləri regional dövlətlərin dəstəyi ilə dialoqa üstünlük verməyə çağırıb. Danışıqlar zamanı iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi də müzakirə olunub.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 09 Noyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















