Icma.az
close
up
RU
Pakistan Əfqanıstan gərginliyinin səbəbi nədir?

Pakistan Əfqanıstan gərginliyinin səbəbi nədir?

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Pakistanla Hindistan arasında atəşkəs əldə olunduqdan sonra indi də Pakistan-Əfqanıstan sərhədində toqquşmalar olub. Silahlı toqquşma iki ölkə arasındakı sərhədin Hilmənd əyalətində qeydə alınıb. Münaqişəyə səbəb kimi Pakistanın sərhəd-keçid məntəqələrinin tikintisi göstərilib. Hazırda ölkələr arasında sərhəd bütün nəqliyyat növləri üçün bağlıdır.
Taliban Əfqanıstanda hakimiyyət yiyələndikdən sonra Pakistanla sərhəddə gərginlik azalmır, müxtəlif zaman kəsiklərində toqquşmalar qeydə alınıb. Pakistanın mövqeyi belədir ki, Taliban Əfqanıstandakı silahlı qruplara nəzarət edə bilmir və həmin qruplar sərhəddə gərginlik yaradırlar. Pakistan hərbi hava qüvvələri bir neçə dəfə həmin qrupların sığınacaqlarına zərbələr endirib. Taliban buna cavab olaraq Pakistan ərazisini atəşə tutub. Bu zaman hər iki tərəfdən itkilər olub.
Pakistanla Əfqanıstan arasında gərginliyə səbəb olan digər amil İslamabadın əfqan mühacirələri ölkədən deportasiya etməsidir. Uzun onilliklər ərzində Əfqanıstandakı müharibələrdən qonşu ölkələrdə sığınacaq tapan əfqanların sayı milyonlarladır. İslamabad və Tehran Əfqanıstanda mərkəzi hakimiyyətin formalaşdığını əsas tutaraq əfqanların vətənlərinə dönməsi vacibliyi qənaətindədir. Pakistan və İran əfqanların deportasiyasını genişləndiriblər. Bu onsuz da ağır iqtisadi vəziyyətdə olan Əfqanıstanın durumunu daha da mürəkkəbləşdirib. Deportasiya edilən əfqanları yerləşdirmək və onları ərzaqla təmin etmək lazımdır. Vəziyyəti çətinləşdirən Talibanın sərt qanunlar tətbiq etməsi, qadınların hüquqlarını məhdudlaşdırmasıdır. Bu səbəbdən bir çox ölkə və beyəlxalq qurum Əfqanıstana yardım etmək istəmir.
Pakistanla Əfqanıstan arasında gərginlik Çinə də çətinliklər yaradıb. Pakistan Çinin strateji müttəfiqidir. Çinin Pakistana böyük yatırımları var, bu ölkədə müxtəlif nəqliyyat layihələri həyata keçirir. Pekin eyni zamanda Talibanla da sıx təmaslar qurub. Talibanı ilk tanıyan ölklərdən biri məhz Çindir. Pekin Əfqanıstana da yatırımlar qoymağa başlayıb, bu ölkənin zəngin yeraltı sərvətlərini işlətmək istəyir. Buna görə də, Çinin iki tərəfdaşı arasında sərhədi gərginliyi Pekinin regional maraqlarına zərər vurur.
ElxanŞahinoğlu, politoloq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 May 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri