Icma.az
close
up
RU
“İran paradoksu: zahiri yumşalma, dərinləşən repressiyalar“ “The Insider“

“İran paradoksu: zahiri yumşalma, dərinləşən repressiyalar“ “The Insider“

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Baş verənlər sistemli liberallaşmadan çox, iqtisadi və legitimlik böhranı fonunda dövlət nəzarətinin zəifləməsi ilə bağlıdır..."

İranda son aylarda qəribə bir "yumşalma" müşahidə olunur. İctimai təzyiq fonunda hakimiyyət hicabla bağlı nəzarəti xeyli zəiflədib.

Moderator.az xəbər verir ki, bu barədə "The Insider" nəşri yazıb.

Azadlıq jestləri və geri qayıda bilən qaydalar

Nəşr yazır ki, qadınlar açıq başla küçəyə çıxır, polis və "Bəsic" artıq irad bildirmir. Qadınların motosiklet sürməsi, restoranlarda gizli şəkildə spirtli içki təqdim olunması da adi mənzərəyə çevrilib. Nəşrin qeyd etdiyinə görə, baş verənlər sistemli liberallaşmadan çox, iqtisadi və legitimlik böhranı fonunda dövlət nəzarətinin zəifləməsi ilə bağlıdır.

Hüquqi baxımdan hicabla bağlı heç nə dəyişməyib: qanun qüvvədədir, sadəcə icra olunmur. Bu isə cəmiyyətdə daimi qeyri-müəyyənlik yaradır. Bir çox iranlı qadın açıq başla gəzməyi "qazanılmış hüquq" sayır, lakin rəsmi ləğvin olmaması qorxunu saxlayır. Spirtli içkilərlə bağlı vəziyyət də oxşardır: əvvəllər qamçı və həbs nəzərdə tutulan pozuntular indi əsasən restoranların bağlanması ilə nəticələnir. Bu dəyişikliklər ciddi görünsə də, köklü islahat demək deyil.

Edamlar və şpiomaniya

Zahiri yumşalma fonunda repressiv meyllər güclənir. Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin döyülməsi və yenidən saxlanılması repressiv mexanizmlərin hələ də tam gücü ilə işlədiyini göstərir.

Ən narahatedici göstərici isə edamların artmasıdır: 2025-ci ildə İranda azı 1922 nəfər edam edilib ki, bu da tarixi rekord sayılır. İsrail və ABŞ-la qarşıdurmadan sonra ölkədə "şpiomaniya" geniş vüsət alıb, on minlərlə insan saxlanılıb, yüz minlərlə əfqan miqrant deportasiya edilib.

Ağır iqtisadi vəziyyət, yüksək inflyasiya və su böhranı ilə birlikdə bu proseslər cəmiyyətdə qorxu və sabaha inamsızlığı dərinləşdirir. Nəticədə müşahidə olunan "yumşalma" azadlığa aparan ardıcıl yol yox, istənilən an geri çevrilə bilən kövrək mərhələ təsiri bağışlayır.

Küçə etirazları fonunda "yumşalma"

Bu nisbi yumşalma ölkədə yenidən güclənən etirazlar fonunda baş verir. Tehranda və digər şəhərlərdə insanlar küçələrə çıxaraq ali rəhbər Əli Xameneinin rejiminə qarşı şüarlar səsləndirir, hakimiyyəti su, elektrik və yaşayış şəraiti kimi daxili problemlərə diqqət yetirməyə çağırırlar. "Nə Qəzza, nə Livan - canım İrana fəda!" şüarı isə xarici siyasət prioritetlərinə etirazın rəmzinə çevrilib.

Bənzər aksiyalar daha əvvəl, xüsusilə yay aylarında su qıtlığı və elektrik kəsintiləri səbəbilə Fars vilayətində, o cümlədən Şiraz və Kazerunda da keçirilib. Müşahidəçilərin fikrincə, sosial-iqtisadi böhran dərinləşdikcə rejim bir tərəfdən nəzarəti zəiflətməyə məcbur qalır, digər tərəfdən isə narazılığın kütləvi etirazlara çevrilməsindən ehtiyat edir. Bu ziddiyyət də İranda baş verən "yumşalmanın" əsas səbəblərindən biri kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Dekabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri