Icma.az
close
up
RU
Rusiya XİN in “The Insider” qəzəbi

Rusiya XİN in “The Insider” qəzəbi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Qurum təkzib edir, amma…

Rusiyanın Xarici İşlər Nazirliyi araşdırma təmayüllü “The Insider” nəşrinin Kremlin xüsusi xidmət orqanlarının Ermənistandakı fəaliyyətinə dair materialı ilə əlaqədar bəyanat yayıb. Söhbət nəşrdə mayın 19-da yer almış “Saqqalından tutmaq” sərlövhəli materialından gedir. O məqalədən ki, orada Ermənistana Baş nazir Paşinyan hakimiyyətinə qarşı mübarizə məqsədilə rus agentlərinin göndərildiyi iddia olunub və müxtəlif arqumentlər gətirilib.

Əlbəttə, Rusiya XİN “The Insider”in yalan tirajladığını bildirilməli idi. Başqa cür mümkün deyil. Amma qurumun bəyanatındakı bir neçə məqam diqqətimizi çəkdi. Yazımızda həmin məqamlara nəzər salacaq və əsasən ritorik suallara söykənərək oxucularımız üçün düşünmək imkanı yaradacağıq.

Birincisi, Rusiyanın baş diplomatiya idarəsi bildirir ki, “The Insider” təşkil olunmuş təxribatı ilə Ermənistandakı rus diplomatlarına psixoloji təzyiq göstərmək və qarşıdan gələn parlament seçkiləri ərəfəsində erməni ictimaiyyətini qorxutmaq məqsədi güdür. Maraqlıdır, bir nəşrin materialının Ermənistanda fəaliyyət göstərən rus diplomatlarına hansı psixoloji təzyiqi ola bilər? Başqa sözlə desək, diplomatların hansı fəaliyyətləri var ki, onlara hansısa media orqanının psixoloji təzyiqi həmin fəaliyyətlərin qarşısını alsın. Yaxud Rusiya səfirliyindəki şəxslər hər gün işə ənənəvi qaydada gəlib-gedirlərsə, “The Insider”in yazdığı onların ahəngini necə pozacaq? İstər-istəməz, şübhələr yaranır ki, ali missiya əməkdaşlarının işi yalnız təkcə diplomatik fəaliyyətlə məhdudlaşmır.

İkincisi, “The Insider” nəşrinin materialının seçki ərəfəsindəki erməni ictimaiyyətini qorxutması mümkündürmü və ya nə dərəcədə mümkündür? Yəni hay ictimaiyyətinin təmsilçiləri media orqanının yazdıqlarının doğruluğuna inanıb ölkələrində rus agentlərinin böyük şəbəkəsinin mövcudluğunu düşünər və əndişələnər?

Belə təsəvvür yaranır ki, erməni cəmiyyətinin nəzərində Rusiya qorxuludur və “The Insider”in materialı bu qorxunu körükləyəcək. Axı həmin o cəmiyyət niyə rus agentlərindən qorxsun? Rusiya XİN-in bəyanatındakı fikirlərdən gəlinən nəticə isə qorxunun mövcudluğunu söyləməyə əsas verir. O zaman ortaya başqa sual çıxır: erməni cəmiyyəti Rusiyanın adı ilə bağlı hansısa qurumun Ermənistandakı fəaliyyətindən qorxu hissi duyursa, durumun günahkarı kimdir? Əlbəttə, sualımız ritorikdir.

Rusiya XİN, həmçinin bəyan edir ki, “The Insider” artıq çoxdan media manipulyasiyası və anti-Rusiya əks-təbliğatının alətinə çevrilib və xarici kuratorların sifarişlərini yerinə yetirir. Bu məqamı anladıq, çünki Qərbdə siyasi sifariş yerinə yetirmə dəb halını alıb. Elə Rusiyada da mövcud tendensiyasının izlərinə az rast gəlinmir. Məsələn, rus mediasının, hətta, dövlət mediasının aktiv anti-Azərbaycan təbliğat apardığının dəfələrlə şahidi olmuşuq. Ancaq məqsədimiz heç də bunu vurğulamaq deyil. Sözümüz ondadır ki, Rusiya XİN-in bəyanatında ümumi mahiyyət daşıyan söz yığını, interpretasiya motivləri var, konkretlik nəzərə çarpmır.

Rusiya XİN onu da bildirib ki, “Saqqalından tutmağ”ın müəllifləri Baş nazir Paşinyana qarşı kampaniyanın koordinasiyası və ya seçkilərin manipulyasiyası ilə bağlı ittihamları təsdiqləyən inandırıcı fakt təqdim etməyiblər. Amma bir məqam maraqlıdır. Çünki “The Insider”in məqaləsində İrəvandakı “Rus Evi”nin neqativlik amplitudu üzərində dayanılıb. Rusiya XİN isə bu təşkilatın mədəni, təhsil və humanitar fəaliyyətini birbaşa funksiyası kimi dəyərləndirib və bunun xüsusi xidmət orqanlarının əməliyyatı olaraq təqdimatı cəhdlərinin anti-Rusiya kampaniyasının tərkib hissəsi olduğunu açıqlayıb.

O zaman Azərbaycandakı “Rus evi”nin fəaliyyətini dayandırma səbəblərindən söz açaq. Ölkəmizdə belə bir fikir var ki, qurumun əsas icra tərəfi olan “Rossotrudniçestvo”nun işində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, habelə digər məsələlərlə bağlı kifayət qədər etinasız yanaşmalar var. Güman edirik, Azərbaycandakı və Ermənistanda iddia olunan durumdakı oxşarlığı duya bildiniz. Məşhur “Uzaq sahillərdə” filmində deyildiyi kimi, eyni dalğa, eyni koordinat. Görəsən niyə?

Digər tərəfdən, nə üçün Rusiyada İrəvanın Moskva ilə münasibətlərinin inkişafını dəstəkləyən erməni müxalifətinin və ictimai xadimlərin nüfuzdan salınması cəhdlərindən narahatdırlar? Hər halda, bu məqam ölkə XİN-in bəyanatında ifadəsini tapır və vurğulanır ki, erməni cəmiyyətinə primitiv sxem təlqin etməyə çalışırlar və bu sxemə görə, hökumətin tənqidi, guya, Moskva üçün işləmək deməkdir.

O zaman növbəti sual yaranır: Ermənistan hökumətinin tənqidlə üzləşməsi Moskvaya işləmək deyilsə, Rusiya XİN nə üçün Kremllə münasibətlərinin inkişafını dəstəkləyən erməni müxalifətinin və ictimai xadimlərinin nüfuzdan salınmasından narahatdır? Axı prinsip etibarilə mövcud tendensiyaya münasibət bildirilməməlidir. Münasibət bildirilirsə, istər-istəməz, Rusiyanın hay müxalifətinin hamisi obrazı canlanır. Beləmi olmalıdır?

Sonda bir məqamın da üzərində dayanaq. Deməli, Rusiya XİN-in bəyanatında təəccüb hissi ilə o da bildirilib ki, Ermənistan rəhbərliyinin bəzi nümayəndələri “The Insider”ə nüfuzlu resurs kimi yanaşıb, orada yer alan tezisləri dəstəkləyiblər. Əlbəttə, bu deyim vurğunu Baş nazir Nikol Paşinyanın üzərinə qoyur. Çünki məhz Paşinyan nəşrin materialından söz açmış və ölkəsindəki müxalifət liderlərinə münasibət baxımından dilə gətirdiyi “üçbaşlı müharibə partiyası” ifadəsi ilə “üçbaşlı casuslar partiyası” ifadəsi arasında, bir növ, paralel aparmışdı. Rusiyanın baş diplomatiya idarəsi isə bəyanatında erməni xalqının özünü aldatmağa imkan verməyəcəyinə əminlik ifadə edib və bu fikirlə Ermənistandakı seçkinin Moskvaya qarşı olan qüvvələrlə ruspərəstlərin siyasi savaşı olacağı barədə təəssürat yaradıb. Aydındır ki, belə bir rəyin formalaşdırılmasında hay cəmiyyətinə mesaj payı var. Başlıca məsələ bu mesajın nə dərəcədə düzgün olmasıdır.

Hər halda, Rusiyanın dolayı və subliminal xarakter daşısa da, özündə Ermənistandakı heç bir prosesə, o cümlədən parlament seçkiləri kimi taleyüklü hadisəyə qarışmaq şübhəsi yaradan hərəkət və davranışlardan çəkinməli olduğu birmənalıdır. Halbuki, XİN-in bəyanatı onu deməyə əsas verir ki, Kremlin Ermənistanla bağlı başqa ssenarilərinin də nəzərdə tutulması mümkündür. Məsələn, “Rusiyaya rəğbət bəsləyən erməni əhalinin qorunması” tezisini götürək. Nəzərə alaq ki, solovyovlar və digər başıpozuq imperialist təfəkkürlü intellektuallar ayrı-ayrı çıxışlarında buna dair anonslar verərək sərsəmləyirlər. Belə yanaşma Ermənistanın suveren dövlət statusunu heçə saymaq deyilmi? Bu sualımız da ritorikdir. Həm də ona görə ki, görünən dağa bələdçi lazım deyil.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri