İran Prezidenti paytaxtın dəyişdirilməsindən danışdı “Öhdəlikdir”
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian investorlar və iqtisadi fəallarla görüşündə Tehranın paytaxt statusunun saxlanmasının seçim yox, zərurət olduğunu bildirib.
“Qafqazinfo” IRNA-ya istinadla xəbər verir ki, o, bu barədə İranın Ali rəhbəri Seyid Əli Xamenei ilə görüşünü şərh edərkən deyib.
“Görüş zamanı mən təklif etdim ki, paytaxtı Fars körfəzinə köçürək. Bu məsələ medianın gündəminə gəldikdən sonra bəziləri bunu tənqid etdi, amma bu gün problemləri gördükdə anlayırıq ki, bu, seçim deyil, öhdəlikdir”, – deyə o əlavə edib.
O, həmçinin söyləyib ki, hökumət həm səlahiyyət, həm də dəstək baxımından vilayətlərdə bu təşəbbüsləri reallaşdırmaq üçün bütün tədbirləri görəcək:
“Biz səlahiyyətləri bölgələrə ötürməyə qərar verdik ki, bir neçə nəfər Tehranda oturub bütün ölkə üzrə qərarlar qəbul etməsin. Səlahiyyətlər konkret məsələ ilə əlaqəli bölgəyə verilməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 02 Oktyabr 2025 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















