Icma.az
close
up
RU
İran qisas aldı: “Mossad”ın keçmiş rəhbərinin evi bombalandı SENSASİON DETALLAR

İran qisas aldı: “Mossad”ın keçmiş rəhbərinin evi bombalandı SENSASİON DETALLAR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İsrailin xüsusi xidmət orqanı olan “Mossad”ın keçmiş rəhbəri Yossi Koenin “Azadlıq qılıncı: İsrail, Mossad və gizli müharibə” adlı kitabı işıq üzü görüb.

Modern.az xəbər verir ki, kitabda Yaxın Şərqdə uzun illər davam edən kölgə savaşına dair sensasion məqamlarla bağlı məlumatlar yer alıb. Memuardan bəzi hissələr "Sada News" agentliyi tərəfindən dərc olunub.

Koenin yazdığına görə, İsrailin İranın nüvə proqramına və ballistik raket layihələrinə qarşı birbaşa müdaxilə fəaliyyəti hələ 2000-ci illərin əvvəlində başlayıb.

O dövrdə əldə olunan kəşfiyyat məlumatları Pakistan və Şimali Koreyanın Tehrana nüvə texnologiyaları barədə dəyərli informasiya verdiyini göstərirdi. Bu məlumatlar əsasında o vaxtkı “Mossad” rəhbəri Meir Daqan xüsusi yeni bölmə yaradıb.

İranın dəstəklədiyi qruplar, kiberhücumlar və gizli əməliyyatlar

Yeni bölmə İranın dəstəklədiyi “Hizbullah”, HƏMAS və “İslam Cihadı” kimi təşkilatların fəaliyyətini izləyib, onların obyektlərinə elektron nəzarət sistemləri quraşdırıb. Koen bildirir ki, kiberhücumlardan geniş istifadə olunub, İran daxilindəki bir çox strateji obyektlərə giriş əldə edilib.

“Mossad” əməkdaşları İranın aparıcı generallarına və nüvə mütəxəssislərinə dair ətraflı dosyelər hazırlayıblar, onların gündəlik davranışları, hərəkət qrafikləri və vərdişləri tam şəkildə öyrənilib.

Süleymaninin öldürülməsi əməliyyatı - Koenin hazırladığı plan

Koen kitabında “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsi üçün detallı planı şəxsən hazırladığını, planın İsrail kəşfiyyatının rəhbərliyi tərəfindən təsdiqləndiyini yazır. Yeganə etiraz o vaxtkı Baş Qərargah rəisi Aviv Kohavidən gəlib.

Bununla belə, Baş nazir Binyamin Netanyahu əməliyyata dəstək verib və Koenə ABŞ administrasiyasını məlumatlandırmağı tapşırıb.

Koen yazır ki, o ABŞ-a gedərək Süleymani barədə geniş məlumat verib: “Mən onu "kiçik şahzadə" adlandırırdım və amerikalılar əməliyyatın kod adını məhz belə seçdilər”.

Süleymani 2020-ci ilin yanvarında ABŞ tərəfindən həyata keçirilən əməliyyatda öldürülüb. Koen bildirir ki, əməliyyata görə ABŞ onu xüsusi medal ilə təltif edib.

Tel-Əvivdə Koenin evi bombalandı

Koenin sözlərinə görə, ABŞ və İsrailin İranla 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibə zamanı Tehran əməliyyatlara cavab olaraq onun Tel-Əvivdəki evini raketlə vurub. “İran intiqam aldı, evimi bombaladı”, – deyə o qeyd edir.

Koen iddia edir ki, 12 günlük müharibə nəticəsində İranın hava hücumundan müdafiə sistemi praktiki olaraq sıradan çıxıb:

“İran İsrail təyyarələrini vurmaq üçün heç bir atəş açmadı. Uranın zənginləşdirilməsi üzrə reaktorlar və xüsusi qurğular məhv edildi. İran artıq toxunulmaz deyil”.

“İran rejimini devirmək üçün imkan var idi”

Koen əlavə edir ki, 2025-ci ilin müharibəsi zamanı “molla rejimini” devirmək üçün real imkan yaranmışdı, lakin bu fürsət Təl-Əviv və ya Vaşinqton tərəfindən dəyərləndirilmədi.

Onun fikrincə, İranın strateji zəifləməsinə baxmayaraq, Qərb regionda rejim dəyişikliyinə hələ də qərar verməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Noyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri