Icma.az
close
up
RU
Türkiyənin sensasion əməliyyatı haqda detallar: MOSSAD Ankaraya dəstək verib?

Türkiyənin sensasion əməliyyatı haqda detallar: MOSSAD Ankaraya dəstək verib?

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Son zamanlarda Türkiyə-İsrail münasibətlərində artan gərginlik fonunda PKK terror təşkilatının qurucusu və rəhbəri olmuş Abdullah Öcalanın 25 il əvvəl saxlanılması ilə bağlı əməliyyatın detalları yenidən gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrin Türkiyə seqmentində “ən böyük türk düşməni” adlandırılan Öcalanın ələ keçirilməsi ilə bağlı əməliyyatda MOSSAD-ın da iştirakının olduğuna dair müzakirələr təkrar aktivləşib.

Öcalanın saxlanılması ilə bağlı xalqa açıqlanan məlumat

Anasının türk, atasının kürd olduğunu deyən Abdullah Öcalan 1978-ci ildə Türkiyənin Diyarbəkir bölgəsində Kürdüstan İşçi Partiyasını (PKK) qurub. O, kürdlər arasında türklərə və hökumətə qarşı kampaniyalar aparıb, çox sayda kürdü PKK-yə cəlb edib. Terror təşkilat ı yarandığı gündən bir çox qətliamlar həyata keçirib və Türkiyə tarixinə adını qanlı hərflərlə yazdırıb. Dövlətin təhlükəsizlik orqanları uzun illər Öcalanı zərərsizləşdirməyə, yaxud sağ ələ keçirməyə çalışsa da, çoxsaylı cəhdlərə və planlara rəğmən bu, baş tutmayıb.

1999-cu il yanvarın 31-də Öcalan təyyarə ilə Yunanıstana gedib. O, fevralın 2-də burada Yunan Mərkəzi Kəşfiyyat İdarəsinin üzvlərindən Savvas Kalenteridsin müşayiəti ilə Nayrobiyə aparılıb. Müvəqqəti olaraq Keniyadakı Yunanıstan səfirliyinə yerləşdirilib. Burada olarkən Afinadan siyasi sığınacaq istəsə də, müsbət cavab ala bilməyib. Daha sonra Yunan Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Haralambos Stavrakakis Kalenteridsə zəng edərək Öcalanı Keniyadakı səfirlikdən qovmasını istəyib. Lakin kəşfiyyatçı bunu etməyib. Stavrakakis dəfələrlə onunla əlaqə saxlayıb tapşırığı təkrarlasa da, kəşfiyyatçı qərarını dəyişməyib. Fevralın 14-də daha 4 yunan kəşfiyyatçısı onun yanına göndərilib. Öcalana istədiyi hər yerə gedə biləcəyi, Niderlandın onu qəbul etməyə hazır olduğu bildirilib. “Apo” ləqəbli terrorist 15 fevralda qaçmaq üçün Kipr pasportu ilə Nayrobi hala limanına gəlib. Lakin burada içində Türkiyə Milli Kəşfiyyat Təşkilatlının (MİT) nümayəndələrinin olduğu təyyarəyə mindirilib və İstanbula aparılıb.


Türkiyənin Baş naziri Bülent Ecevit xalqa xəbəri açıqlayır, 1999-cu il 16 fevral

Baş nazir terroristin ölkəyə gətirilməsini xalqa böyük coşqu ilə açıqlayıb. B.Ecevit fevralın 16-da dövlətin verdiyi sözü tutduğunu və Öcalanı ələ keçirdiyini bildirib. O, 12 gün fərqli ölkələrdə həyata keçirilən əməliyyatlar və təqiblər nəticəsində bunun baş tutduğunu deyib. Ecevit əməliyyatdan Türkiyə hökumətində sadəcə 10 nəfərin xəbərdar olduğunu bildirib. Planın Baş Qərargah və MİT-in birgə fəaliyyəti ilə həyata keçirildiyini söyləyib. Daha sonra Türkiyə məhkəməsində A.Öcalana qarşı ittihamlar irəli sürülüb. Barəsində əvvəl edam qərarının hökmünün veriləcəyi deyilsə də, sonra qərar ömürlük həbslə əvəzlənib.

Əməliyyatda MOSSAD-ın dəstəyi iddiası

PKK rəhbərinin həbsinin 11-ci ilində onun saxlanılması ilə bağlı əməliyyatın həyata keçirilməsində İsrailin böyük dəstəyinin olduğuna dair iddialar irəli sürülüb. Belə ki, 2010-cu ildə İsrail Xarici Kəşfiyyat Xidmətinin (MOSSAD) tarixindən bəhs edən “Gideonun casusları” kitabında yazılanlar bütün dünyada böyük səs-küyə səbəb olub. Kitabda Abdullah Öcalanın İraqın şimalına qaçmağa çalışarkən biri qadın olan 6 MOSSAD casusu tərəfindən ələ keçirildiyi qeyd olunur. Terroristin saxlanıldığı Keniyada yayımlanan “Daily Nation” qəzeti həmin il kitabdakı məlumatları əsas göstərərək bənzər iddia ilə çıxış edib. 1999-cu ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Öcalanın qaçma planından xəbərdar olduğu, MOSSAD-a ötürülən məlumatlar əsasında 6 casusun onu ələ keçirdiyi iddia edilib. İsrailli casuslar daha sonra PKK rəhbərini Nayrobidə gözləyən türk iş adamının təsis etdiyi xüsusi təyyarəyə gətiriblər və oradan birbaşa İstanbula uçuş olub.


Abdullah Öcalan İstanbula uçan təyyarədə MİT nümayəndələri ilə, 1999-cu il 15 fevral

Məlumata görə, baş nazir Bülent Ecevit o zaman İsrailin Baş naziri Benyamin Netanyahudan MOSSAD-ın dəstəyini istəyib. Bundan sonra təşkilat hərəkətə keçib. Biri qadın olan 6 casus Öcalanın bütün hərəkətini izləyiblər. Onların geyimi safariyə gedən turislər kimi olub. Terrorçunun saxlanıldığı Yunanıstan səfirliyindəki bütün danışıqlar və telefon əlaqələri dinlənilib. Kürd dilində yaxşı danışan casuslardan biri Öcalanın mühafizəçisi ilə yaxşı münasibət qurub. Ona PKK rəhbərinin həyatının təhlükədə olduğunu deyib. Beləliklə terrorçunun təcili şəkildə Keniyadan çıxarılması qərarlaşdırılıb və nəticədə saxlanılaraq MİT-ə təslim edilib.

Netanyahunun bunun qarşılığında Ecevitə sadəcə MOSSAD-ın əməliyyatda iştirakının gizli qalması şərtini irəli sürdüyü bildirilir.

Öcalanın Türkiyədə sorğulanmasında şəxsən iştirak edən Türkiyə ordusunun Jandarma Bölmə komandiri olmuş Hasan Atilla Uğur da çıxışlarında bu məsələyə toxunub. Onun sözlərinə görə, ABŞ hökuməti Ankaraya xəbər göndərib və Öcalanın yaxalanması üçün bütün kəşfiyyat məlumatlarının təqdim ediləcəyini bildirib. Daha sonra Öcalan qaçmaq istəyərkən türk təyyarəsinə gətirilib.
Lakin MOSSAD-ın iştirakı ilə bağlı məlumatlara aydınlıq gətirilməyib.

Ayşən Mustafa
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see370

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see168

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see155

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see137

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri