Icma.az
close
up
RU
“İran razılığa gəlməsə, bombardman olacaq” “İsrailin Trampdan istədiyi budur...”

“İran razılığa gəlməsə, bombardman olacaq” “İsrailin Trampdan istədiyi budur...”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar təklifini əks etdirən məktubu ali dini lider Əli Xameneyiyə göndərmişdi. Bununla Tramp İranda söz sahibinin ali dini lider olduğunu qəbul etmişdi”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, ali dini lider əvvəlcə Trampa cavab məktubu göndərmək istəmirdi, sonra fikrini dəyişdi: “Müşaviri Əli Şəmxani bildirdi ki, Tehran Vaşinqtonla dolayı danışıqlara açıqdır, ancaq bunun üçün “bərabər əsaslı və qarşılıqlı hörmətə əsaslanan şərtlər” olmalıdır. Tramp iranlı həmkarı Məsud Pezeşkiana məktub göndərməsə də, o da Ağ Ev sahibinə cavabında ali dini liderin söylədiklərini təkrarladı: “Vasitəçilər üzərindən danışıqlar mümkündür”.

Məsud Pezeşkian bunları da söylədi: “ABŞ əvvəlcə etimadı bərpa etmək, keçmişdəki yanlışları aradan qaldırmalıdır”.

Ekspert Tehranın mövqeyini gülməli adlandırır: “Gör kimə nə məsləhət görürlər. Tramp “yanlışları aradan qaldırsaydı” Barak Obamanın dövründə İranla imzalanan nüvə razılaşmasına geri qayıdış edərdi. Ağ Ev sahibi həmin razılaşmaya qayıtmaq istəmir, Tehrandan yeni razılaşmanın müzakirəsini tələb edir. Tehran, daha doğrusu Qum isə Trampla nə birbaşa dialoqa tərəfdardır, nə də Ağ Ev sahibinin şərtlərini qəbul edir. Belə olan halda Tramp İrana qarşı hədələyici tonunu sərtləşdirib. Ağ Ev sahibi “NBC News” kanalına müsahibəsində bildirib ki, “əgər İran razılığa gəlməsə, bombardman olacaq və bu, onların indiyədək heç vaxt görmədikləri bombardman olacaq”. İsrailin də Trampdan istədiyi budur”.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Mart 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri